Çindən reaksiya: “Xarici güclərin Çinin daxili işlərinə qarışması qəbuledilməzdir”

Çindən reaksiya: “Xarici güclərin Çinin daxili işlərinə qarışması qəbuledilməzdir”
 

Paralel.az xəbər verir ki, Çin XİN sözçüsü Zhao Lijian Yaponiya baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Baydenin sammitdə Tayvan, Sincan və Honq Konq məsələlərinin həllinə reaksiya verərək “Xarici güclərin Çinin daxili işlərinə qarışması qəbuledilməzdir” deyib: “Çin hökuməti ötən cümə günü Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən sammitə reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian onlayn sammitdə müzakirə olunan məsələlərə toxunub: “Tokio və Vaşinqton Pekinə qarşı haqsız ittihamlar səsləndirərək ölkənin daxili işlərinə qarışır. Tayvan, Sincan-Uyğur Muxtar Bölgəsi və Honq Konqla bağlı məsələlər Çinin daxili işlərinə daxildir və hər hansı bir ölkənin və ya xarici gücün müdaxiləsi qəbuledilməzdir. Heç bir fərd və ya millət Çinin suveren hüquqlarını və ərazi bütövlüyünü qorumaq qərarını qiymətləndirməməlidir”.
Nigar

0.05204701423645