11 yaşlı Əli Ərdəm riyaziyyat üzrə dünya çempionu olub

11 yaşlı Əli Ərdəm riyaziyyat üzrə dünya çempionu olub
 

Paralel.az xəbər verir ki, Osmaniyə Şəhid Vəli Dəmiryürek Elm və Sənət Mərkəzinin 5-ci sinif şagirdi Əli Ərdem Akkuş Kanadada keçirilən Beynəlxalq Karibu Riyaziyyat Yarışmasında ingilis dilində verilən 15 sualın hamısını cavablandıraraq dünya çempionu olub.
Kanadada yerləşən və bütün dünyada onlayn olaraq keçirilən Beynəlxalq Karibu Riyaziyyat Müsabiqəsi ildə 6 dəfə 2-12-ci sinif kateqoriyalarında keçirilir.
Bu il Osmaniyedən 5-6-cı sinif kateqoriyasında müsabiqəyə qatılan 5-ci sinif şagirdi Əli Ərdem 39 ölkədən 10979 şagirdi geridə qoyaraq  dünya birincisi olub.

11 yaşlı Əli təəssüratını belə ifadə edib: “İmtahan zamanı hamı kimi mən də çox həyəcanlı idim. 15 sualın hamısına düzgün cavab verərək dünyada birinci oldum. Bu səbəbdən özümü çox xoşbəxt və həyəcanlı hiss edirəm. Böyüyəndə nə olacağımı tam seçə bilmədim, amma diş həkimi olmaq istərdim.
Mənim yaşımda olan dostlarıma müntəzəm və planlı işləməyi, ailələrindən dəstək almağı tövsiyə edirəm. Bu şəkildə hazırlaşmaqla hər kəs uğur qazana bilər”.
Nigar

0.039307832717896