Mərkəzi Bank profisitlə üzləşib

Mərkəzi Bank profisitlə üzləşib
 
Azərbaycan bank sektoru yarandığı tarixdən heç vaxt rastlaşmadığı struktur profisit vəziyyətilə üzləşib.
2021-ci ilin yekunlarına görə, pul bazsının 32% artması fonunda nağd pul kütləsui cəmi 4% genişlənib.
Lakin pul bazasının əsas elementlərindən olan kommersiya banklarının Mərkəzi Bankdakı (MB)  müxbir hesabları 2.3 dəfə genişlənib. Müxbir hesabların pul bazasında payı 41,5%-ı çatıb. Halbuk əvvəlki illərdə bu göstərici 23-25%-dən çox olmayıb.
Struktur profisit o vəziyyətdir ki, kommersiya banklarının MB qarşısında tələbləri MB-nin bu qarşındakı tələblərini üstələyir. 
Əksi olduğu şəraitə struktur defisiti deyilir.
Belə nəhəng struktur profisiti nəyin göstəricisidir? İqtisadiyyatın bank sektorunun vəsaitlərini həzm edə bilməməsinin göstəricidir. Ölkədə sürətlə genişlənən, rəqabətabilliyyətli biznes srktoru mövcud deyil. Azərbayacn kimi daxili bazarı kiçik ölkələrdə biznesin bank sektoruna uyğun genişlənməsi üçün ixrac potensialının genişləndirilməsi lazımdır.  Üstəgəl, resurslar çox bahadır.
Bir ilin içərisində depozitlər hesabına bankların resurs bazasının az qala 5.5 mlrd. manat genişləndiyi şəraitdə kreditləşmə cəmi 1,7 mlrd. manat artırsa, ortada qalana vəsaitin struktur profisiti köpük kimi şişirməsi qaçılmazdır. 
Bu mənzərənin gerçək adı "struktur profisit" böhranıdır. Demək ki, profisit həmişə adına uyğun pozitiv (müsbət) bir şey deyil

Rövşən Ağayev

Paralel.az

0.026360988616943