Qaçaqmalçı sərhəddə saxlanıldı

Qaçaqmalçı sərhəddə saxlanıldı
 

Paralel.az xəbər verir ki, Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb.

Əraziyə baxış zamanı narkotik vasitələr aşkar edilib.
Akif Nəsirli

0.042526006698608