Dünyanın Mənəviyyat Mərkəzi Azərbaycandır - İlin 22-ci gününə sözardı

Dünyanın Mənəviyyat Mərkəzi Azərbaycandır - İlin 22-ci gününə sözardı
 

Bu gün ilin 22-ci günü olmasını nəzərə alaraq, 22 ədədinin hikmətlərindən bəhs etmək istərdik. Yeri gəlmişkən, onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq.

Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:

“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə)
.
Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…
Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). On¬dan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəza¬la¬rı¬nın bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.

Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri Günəş tutulması baş verib (286 ədədi Kəbədəki Quranın səhifələrinin sayıdır):

1) Birinci Qurban bayramının 286-cı günü – 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub;
2) İkinci Qurban bayramının 286-cı günü – 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub;
3) Üçüncü Qurban bayramının 286-cı günü – 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub.
4) Eləcə də 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü ildə də Günəş tutulub.
Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin (vəhyin) doğruluğunu sübut edir.
Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.
Elmi-lədun hesablamalarımız göstərir ki, 2(00)2-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır.
Yeri gəlmişkən, qeyd edək ki, yaşadığımız bu 22-ci ildə təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaqdır (Qüdrət Allaha məxsusdur).
Elm əsrinin 22-ci ili əslində tövbə ilidir. Yəni, bəşəriyyət bəlaların və ölümlərin çoxaldığını görüb, bunlardan qurtulmaq üçün tövbə edəcək. Beləliklə də növbəti ildə az bir qisim (bildiyim qədər 29 faiz əhali) bəlalardan xilas olub, kamillik dövrünə qədəm qoyacaqdır.

22 baş rəmzidir

Yeri gəlmişkən, “Quran”ın 22-ci surəsi “Həcc” adlanır. Bildiyimiz kimi, Kəbə evi dünyanın mərkəzi olmaqla, enerjinin BAŞlanğıcıdır. 9-cu surənin isə, “Bismillah”sız başlamasının səbəbi odur ki, bu surə 22-ci surənin davamıdır. Bunu 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç aysindən görmək olur:
“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”... (Bax: “Tövbə”(9) surəsinin ilk üç ayəsinə).

Riyazi dildə desək, “Quran”da "iyirimi iki" "doqquza" çevrilir.
Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq) bunlardan 22-si BAŞdadır.
“Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29

"22"nin "9"a çevrilməsi “Quran” və anatomiyada olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi enerji ilə işləyən cihazların üzərindəki yazıya cəlb etmək istəyirəm: bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub. Yuxarıda qeyd etdik ki, insan 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub. Elə isə, insanın dörd ünsürdən (torpaq, su hava, ruh) yaranmasını nəzərə alıb, 220 ədədini 4-ə bölsək, alınan 55 ədədi Yaradanın öz adına olan “Rhimli Allah” surəsinin nömrəsini göstərir:

220 : 4 = 55

Bu hesablama insanı ALLAHIN yaratdığının və daim Onun nəarətində olduğunun riyazi sübutudur.
İndi isə, cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 220 voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər (!).
Göründüyü kimi, bütün elmlərdə “22” “9”a çevrilir. Bu da bizim ikinci Quraban bayramı günü Qurandan qəbul etdiyimiz vəhyin doğruluğuna daha bir sübutdur.
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.

Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa...) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin, pandemiyyanın) artması da məhz bu amillərlə əlaqədardır...
Elmi-lədun hesablamalarımız göstərir ki, 2(0)22-ci ildə Yerə gələn bəlalar daha da intensivləşəcək və bəşəriyyətin cəzalanma dövrü başa çatacaq. Beləliklə də indiki şeytani dövr başa çatıb, kamillik dövrü başlayacaqdır. Bildiyim qədər bu proses ilin 286-cı gününə qədər başa çatacaqdır (düzgünün ALLAH bilir).

Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti bərqərar etməlidirlər.
Aşağı təbəqədə olanlar da övbə etməli, biri-birlərini aldatmamalı, pozğun həyat tərzi keçirməməli, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə... düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan qurtula biləcəklər.

Yuxarıda 22 və 9 ədədlərindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabər olduğundan (22 - 9 = 13) bir qədər də 13 ədədi barədə danışmaq istərdik.
Yeri gəlmişkən, onu da diqqətinizə çatdıraq ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13)

Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək ol¬du¬ğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir.
13 rəqəmi həm “Quran”da, həm də fizikada həyəcan rəmzi sayılır (göy gurultusu insanda da həyəcan yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır (beləliklə, enerji axımı başlayır)...

İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcan¬lanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür.
Həmçinin təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır.
Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama da cəlb etmək istəyirəm. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, bağırsaqda kəskin sancı yaranır. Maraqlıdır ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir.
Bütün bu sadaladığım faktlardan aydın olur ki, 13 ədədi enerjiyə və həyəcana işarədir.

13 ədədi ALLAHA işarə verir

Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Allah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına).

Yuxarıda qeyd etdiymiz 22 – 9 = 13 düsturu onu göstərir ki, əsrin 22-ci ilində ALLAH Öz hikmətini, Öz qüdrətini göstərəcəkdir. Bu da 13 ədədi altında baş verəcəkdir. Yəni, enerjiylə, ildırımla bağlı həyəcanlı hadisələr yaşanacaqdır. İnsanlar bu bəlalardan ancaq tövbə edib ALLAHA sığınmaqla xilas ola biləcəklər. Çünki ilin nömrəsindən 13 ədədini çıxsaq “Tövbə” surəsinin sıra nömrəsi (9) qalır və gələn bəlalardan ancaq Tövbə etməklə xilas olmağın mümkünlüyünü göstərir:

22 – 13 = 9


Maraqlıdır ki, 22-ci surə də diqqətimizi riyazi yolla qiyamətə yönəldir. Belə ki, 22-ci surənin 78 ayədən ibarət olması diqqətimizi “Böyük xəbər” (78) surəsinə cəlb edir ki, burada da söhbət qiyamət xəbərindən gedir (78-ci surənin adı “Xəbərdarlıq” kimi də tərcümə olunur). Bu və digər hesablamalarımız göstərir ki, əsrin 22-ci ilində mikroqiyamətlər (başqa sözlə lokal qiyamətlər) çoxalacaq ki, nəticədə Dünya və Azərbaycan zalım¬lardan, yolazmışlardan təmizlənəcəkdir.

Onu da qeyd edək ki, xəbərdarlığı aldığımız əsrin ikinci Qurban bayramından etbarən Dünyanın Mənəviyyat Mərkəzi Azərbay¬candır. Yəni, ALLAH Öz bəndələrinə etdiyi xəbərdarlıqları bu məkandan paylaşır və paylaşacaqdır. Bundan sonra Yerdə baş verən hadisələrin sirrini bilmək və gələcəkdə nələr olacağını öyrənmək üçün Dünyanın gözü Azərbaycanda olacaqdır.
Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Bu vəhylərə əməl edən şəxs, mənbəyi bu kitabda olan (!) əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər).

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

0.070686101913452