Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

Cənab Prezident ölkəni firavanlığa, bəzi məmurlar isə bataqlığa çəkməyə cəhd edir! 

Azərbaycan dövlətinin müstəqilliyini düşmən çəmbəri şəraitində qorumağın çətinliyi hər kəsə bəllidir. Amma ölkə Prezidenti bu çətinliyi uzaqgörən və dərin düşünülmüş siyasətilə yenərək, Azərbaycanı uğurla qoruyur və inkişaf etdirir. Azərbaycan dövlətini qorumaq və inkişaf etdirmək ona görə çətindir ki, 2 əsrdir ölkəmizi aralarında bölən və düşmənçilik edən, sözdə isə özünü dost kimi göstərən, düşmən Ermənistana hər cür dəstək verən Rusiya və İran Azərbaycanı istismar etməkdən, inkişafına maneə olmaqdan əl çəkmir.

Hər iki düşmən dövlət Azərbaycanı həm Ermənistanın hərbi təcavüz və təxribatları ilə, həm də Azərbaycanın daxilinə yerləşdirdiyi "5-ci kalon" vasitəsilə öz təsiri altında saxlayır. Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında və televiziya müsahibələrində ölkəmizə xaricdən və daxildən vurulan düşmən zərbələrinin eyni məqsədə xidmət etdiyini və müxtəlif mərkəzlərdən idarə olunduğunu qeyd etməsi təsadüfi deyil. Bu, düşmənə xəbərdarlıq, xalqa və dost dövlətlərə isə "köməyə daim hazır ol"!-mesajdır.

Ölkə Prezidentinin vaxtının çox hissəsinin xarici siyasət və beynəlxalq məsələlərə sərf olmasından sui-istifadə edən "5-ci kalon" bütün istiqamətlərdə qiymətləri qaldırmaqla, rüşvət və korrupsiyanı dərinləşdirməklə, söz və mətbuat azadlığını boğmaqla, məmur-xalq münasibətlərini gərginləşdirməklə, ölkədə baş verən bu cür xoşagəlməz hadisələr barədə cənab Prezidentə yalan, aldadıcı məlumat verməklə Azərbaycanın daxilində gərginlik yaradırlar, belə çirkin əməllərlə cənab Prezidentlə xalq arasında mövcud olan birliyə zərbə vururlar...

Azərbaycanda elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahədə Rusiyanın və İranın casus şəbəkəsi öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərməsinlər. Fəaliyyətlərində ölkəmizin yalnız siyasi, iqtisadi, sosial və digər sferalarda nail oldiğu uğurları şişirtməklə təbliğ edən dövlət mediası bu sahələrdə mövcud olan və xalqla ölkə rəhbərliyi arasında gərginlik yaradan nöqsanları məqsədyönlü gizlətməsi Prezidentimiz və xalqımız üçün çox böyük təhlükələrdən xəbər verir. Ölkə daxilində mövcud olan nöqsanları və çatışmazlıqları gizlədərək, xalqın real sosial vəziyyəti barədə ölkə Prezidentinə düzgün məlumat verməyən və hər kəsə bəlli olan reallıqları və onları doğuran səbəblərin üstündən sükutla keçən media ilə indiyədək hansı dövlət inkişafa nail olub ki, hazırda bu sahəyə məsul olan məmurlar Azərbaycanı bu cür arxaik metodlarla bataqlığa çəkirlər?!..

Paralel.az

0.020931005477905