Övliyalar arasında iş bölgüsü

Övliyalar arasında iş bölgüsü
 

Araşdırmalarımız göstərir ki, övliyalıq məqamına yüksəlmiş şəxslərin hər biri Allah tərəfindən müəyyən bir vəzifə ilə görəvləndirilmişdir. Onlardan bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını hər kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəziləri isə, yetmiş olduğunu söyləmişlər.

Bu mövzuda Fəxri-Kainat Peyğəmbərimiz buyurmuşdur:
"Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. İnsanlar onların Allah yanında dərəcə və mövqelərini bilməzlər. Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər".
Abdullah ibn Məsud: "Ya Rəsulallah, onlar bəs nə ilə bu dərəcəyə çatdılar?" - deyə soruşdu.
"Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə, buyurdu.

Müşkül işlərin asanlaşması və çətinliklərin aradan qaldırılması ilə görəvləndirilən övliyalar da vardır ki, onlara Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü) deyilir.

Qütb-ül-ebdal – aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, xəstəlik-sağlamlıq, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, hər kəsin tanımadığı (dərk etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə söylənilən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir (fəqət insanlar onları böyük bilməz).

Böyük Alim İmam Rəbbaninin bildirdiyinə görə Qütb-ül-ebdal (Qütb-ül-medar) bu zat hər zaman bulunur. Həzrət Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (gizlilik, hamının dərk etməməsi) lazımdır. Odur ki, bu şəxsləri hər kəs dərk etməz. Hətta, bunlardan bir çoxu öz-özlərini tanımazlar.

Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-ebdal aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olar. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal (Qütm-ül-medar) deyilən zatın feyzləri ilə olur”.

Elmi-lədun bilgilərimizə görə, belə şəxslər cəmiyyət içində indi də vardır. Fəqət insanlar onları dərk etmədiyindən ya adi adam kimi baxarlar, ya da heç saymazlar.

Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi

Paralel.az

0.021440029144287