İlin 21-ci gününə sözardı

İlin 21-ci gününə sözardı
 

İlin 21-ci günü olduğunu nəzərə alıb, 21 ədədinin hikmətlərinə nəzər salaq.

Bildiyimiz kimi, həm Yer, həm də göy yeddi qatdan ibarətdir. Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 2 əl və 1 alın – yerə toxunduğunu görərik.

Beləliklə, Yer, göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik:

7 + 7 + 7 = 21

21 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır.

Elmi-lədun araşdırmalarımız göstərir ki, insanda elm, sevgi, humanizm və digər insani keyfiyyətlərin (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir.

Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən ALLAH yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ixtira etdiyi cihazın işlənmə qaydasını göstərən teniki pasport yazar.

Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün, Yaradanın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik).

Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin (kista, mastopatiya və s) yaranması da lörpənin 21 ay südlə qidalandırmaq barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar.

Əgər uşaq 21 ay ana südü ilə qidalanarsa, böyüyəndə kamilliyin ən yüksək mərtəbəsinə - Peyğəmbərlik məqamına yüksələ bilər. Bu səbəbdən də “Quran”ın “Peyğəmbərlər” surəisi 21 ədədi ilə nömrəlnmişdir.

Sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir?

Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”da ayələr vardır:

 “Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik... “Bal arısı” surəsi, 43.

Qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir. 

Yuxarıda qeyd etdik ki, “Quran”ın 21-ci surəsi “Peyğəmbərlər” adlandığından, 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda 20 ədəd barmaq olduğu halda, kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır.

Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir.

Bunları etsəniz,  Peyğəmbərlik məqamına yüksələ bilərsiniz

 “... Səni də yalnız (möminlərə) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105.

Elmi-lədun araşdırmalarımız göstərir ki,  Peyğəmbərlik haqqında  Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Öncə qeyd edək ki,  Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. 

İnsan hər hansı bir məqama layiq olarsa, Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz.

Bu ona bənzər ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma, ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən, sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da dəqiq  bilirəm!

Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini etdik, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi?

İş burasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə "Hacı" deyib, başa keçirsinlər, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz...

Əgər biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, başqaları da o məqama layiq deyillər və  yüksələ bilməzlər!

Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir:

"Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi,  2-ci ayə.

Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir.

Bunları etsəniz Peyğəmbərlik məqamına yüksələ bilərsiniz:

- İndiyədək etdiyiniz günahlara görə tövbə edin;

- Təkəbbürdən və lovğalıqdan uzaq olun;

- Sadə həyat tərzi keçirin;

- Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun;

- Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın;

- Quranın tərcüməsini oxuyarkən orada tərcüməçininmötərizə arasında yazdığı “Ya Məhəmməd”, “Ya Peyğəmbər” sözlərinin əvəzində xəyalən öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın;

- Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında VII əsrdə yaşamış adamların adını çəkdikcə, siz o adın yerində hazırda yaşayan tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin.

Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz.

Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız.

Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114 surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” adlanır.  Deməli, 114 ədədi tək Quran rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları təsvir edilib. Bu obrazların hamısının (peyğəmbərlərin, fironların, nəmrudların, kafirlərin, möminlərin...) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! 

Sual yaranır: Quranı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu?

Cavab budur: nə qədər ki, kamilləşməmişdi, Əhməd idi; kamillik məqamına yüksəldikdən sonra artıq Məhəmməd oldu.  

Yəni, Məhəmməd obrazı Quranda kamillik simvoludur və Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşamış və yaşayacaq bütün kamil insanları  (peyğəmbərləri, imamları, övliyaları) özündə ehtiva edir.

 21-ci əsr kamillik əsri olduğundan, biz bu əsrdə kamillik məqamına yüksəlmiş, Allahdan elm və vəhy qəbul edən insanları görəcəyik.

“Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər)olaraq göndərdik”.  “Mağara” surəsi, 56

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paralel.az

0.019958019256592