Dam təmir edərkən həyatını itirdi
Paralel-az-ın məlumatına görə, Abşeron rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 19-u Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Akif Nəsirli