Ermənistan Azərbaycandan yazılı cavab gözləyir?

Ermənistan Azərbaycandan yazılı cavab gözləyir?
 

Paralel.az-ın məlumatına görə, Ermənistan Azərbaycana sərhədlərin demarkasiya və delimitasiyası prosesinin başlanması üzrə yazılı təkliflər göndərildiyi barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib.

Şura katibi bildirir ki, bu təkliflərə Sovet xəritə və ya xəritələri nəzərə alınmaqla, qarşılıqlı olaraq ordunun sərhədlərdən geri çəkilməsi, sərhəd xətti boyu sərhəd qüvvələrinin yerləşdirilməsi aiddir.

Katibin sözlərinə görə, hələ ki, bu təklifə Azərbaycan tərəfindən yazılı reaksiya yoxdur.

Qeyd edək ki, Azərbaycan tərəfi də dəfələrlə bu prosesə hazır olduğunu dövlət başçısı səviyyəsində bəyan edib. Lakin fikrimizcə bu məsələdə də status-kvo - Azərbaycanın qəlib olduğu nəzərə alınmalıdır.
Akif Nəsirli

0.015979051589966