Sabunçu RİH-in müəmmalı işləri – Fotofaktlar

Sabunçu RİH-in müəmmalı işləri – Fotofaktlar
 

“İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 gün ərzində keçirilən 5 tenderdə qalib gəlib.

Bununla bağlı məlumatı araşdırmaçı-jurnalist İsmayıl İslamoğlu “Facebook” hesabında paylaşıb.

Məlumata görə, sözügedən şirkət Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Kommunla Təsərrüfati İdarəsinin eyni gün keçirdiyi müxtəlif formatlı 5 tenderin qalibi olub. Həmin şirkətin rəhəbri isə İntiqam Ramazanov adlı şəxsdir.

“Şirkətin hüquqi ünvanı isə AZ1002, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34-dür. Ən maraqlısı isə bilirsinizmi nədir? Bu ünvanda Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Onun isə belə bir şirkətin varlığından xəbəri belə yoxdur.

Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxətəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur.

Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında verilən uyğunluq sertifikatlarının Dövlət Reyestrində verilən şirkətlər arasında “İNPEKS.N” MMC-nin adı yoxdur. Fotofaktların hamısını yerləşdirmişəm, tanış ola bilərsiniz”.

 

 

Paralel.az

0.016985893249512