İranda daşqınlar başlayıb

İranda daşqınlar başlayıb
 

Paralel.az xəbər verir ki, İranın müxtəlif vilayətlərində güclü yağıntılardan sonra sel daşqınları baş verib.

İranın bir sıra əyalətlərində güclü yağıntıların ardınca sel daşqınları meydana gəlib.

Kerman vilayətində sel daşqınlarından sonra ən az üç nəfər itgin düşüb. Ölkənin qərb bölgəsində güclü qar yağıntıları nəticəsində bir sıra kəndlərlə əlaqə tamamilə kəsilib.

Kerman vilayətinin Riqan şəhər başçısı Əmin Baqeri bu gün, yanvarın 19-da məsələ ilə bağlı açıqlamasında deyib: "Kermanın Riqan şəhərinin mərkəzi hissəsində “Abbasəli keçidi” adlanan dağlıq ərazilərdə üç vətəndaş itkin düşüb. Xilasetmə qüvvələri həmin şəxslərin tapılması üçün axtarışları davam etdirir. Çayların daşmasına görə hələlik Qızıl Aypara Cəmiyyətinin qüvvələrini hadisə yerinə göndərmək mümkün deyil".

"İRNA" ajansına açıqlama verən Baqeri daha sonra bildirib: "Riqan şəhərinin dağlıq bölgələrinə gedən bütün yollar bağlanıb və quru yollarla bu bölgənin əhalisinin yardımına getmək mümkünsüzdür".
Akif Nəsirli

0.014692068099976