Urals neftinin qiyməti 87 dolları ötüb

Urals neftinin qiyməti 87 dolları ötüb
 

Urals neftinin qiyməti 2014-cü il oktyabrın 10-dan bəri ilk dəfə olaraq bir barel üçün 87 dolları ötüb.

Paralel.az xəbər verir ki, RİA Novosti-ya istinadən xəbər verir ki, Rusiyanın “Urals” markalı neftinin Şimal-Qərbi Avropada qiyməti 2014-cü ilin payız səviyyəsinə çatıb. Bu barədə “Argus” beynəlxalq qiymət agentliyinin neft ixracı şöbəsinin rəhbəri Diana Muxametzyanova RİA Novosti-yə bildirib.

"Şimal-qərbdə 18 yanvar üçün - neftin qiyməti 87,52 dollar olub. Neftin qiyməti 87 dolları sonuncu dəfə 2014-cü il oktyabrın 10-da keçib, 87,09 dollar olub”, - o bildirib.

Bundan əvvəl Brent markalı xam neftin qiyməti 89 dolları keçib.

OPEC+ koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən ötən ilin may ayından gündəlik hasilatı 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə müqavilənin şərtlərinə düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən alyans 2022-ci ilin sentyabr ayının sonuna qədər əvvəlki səviyyələrə qayıtmaq ümidi ilə hasilatı hər ay gündəlik 400 min barel artırır.

Bundan başqa, neft bazarında gərginlik yaradan BƏƏ-dən gələn xəbərlərdir, bu da  bahalaşmaya səbəb olur. Bir gün əvvəl Əbu-Dabidə silsilə partlayışlar baş verdi ki, bunun da səbəbi, yerli polisin məlumatına görə, pilotsuz təyyarələrin vurulması olub. O cümlədən, ADNOC neft şirkətinin yanacaq anbarlarının yaxınlığında üç yanacaq çəni partlayıb. Daha bir partlayış paytaxt hava limanının yeni tikildiyi ərazidə kiçik yanğına səbəb olub. BƏƏ Xarici İşlər Nazirliyi buna görə Yəmənin şimalındakı husilərin hökmranlığını günahlandırıb.

"Goldman Sachs" analitiklərinin Wall Street Journal-a istinadən verdiyi proqnoza görə, 2023-cü ildə Brent markalı neftin qiyməti orta hesabla 105 dollar/barel ola bilər. Analitiklər hesab edirlər ki, neft bazarında tarazlıq yaratmaq üçün qiymətlərin yüksək olması zəruridir.
Akif Nəsirli

0.029157876968384