Zoopark işçiləri heyvanları koronavirusa yoluxdurub

Zoopark işçiləri heyvanları koronavirusa yoluxdurub
 

Paralel.az xəbər verir ki, Cənubi Afrikada aparılan araşdırmaya görə, zoopark baxıcılarının heyvanları Covid-19-a yoluxdurduğu ortaya çıxıb: “Cənubi Afrikadakı zooparkda Covid-19-a tutulan şir və pumaların öz baxıcılarından  yoluxduğu açıqlanıb.

Pretoriya Universitetinin alimləri tərəfindən aparılan araşdırmalarda anbar funksiyasını yerinə yetirən canlı və ya cansız varlıqların virusu heç bir xəstəlik əlaməti göstərmədən bədənlərində daşıdıqları və xəstəliyi həssas canlılara ötürə bildikləri müəyyən edilib.

Alimlər həmçinin heyvanların cəsədlərində su anbarı kimi yeni mutasiyaların tapılaraq insanlara keçə biləcəyi barədə xəbərdarlıq edib.

Covid-19 simptomlarını göstərən heyvanlarda insanlardakı kimi tənəffüs çətinliyi, burun axması və quru öskürək olduğu bildirilib.

Covid-19 testi müsbət çıxan heyvanların xəstəliyi öz baxıcılarından almış olacağı vurğulanan araşdırmada Covid-19-a yoluxmasına baxmayaraq, heç bir əlamət göstərməyən baxıcılardan da bəhs edilib.

Heyvanlara qulluq edənlərə heyvanlarla rəftar edərkən maska taxmaq tövsiyə olunub”.
Nigar

0.015577077865601