Ərdoğan Putin və Zelenskini fikir ayrılıqlarını müzakirə etmək üçün Türkiyəyə dəvət edib

Ərdoğan Putin və Zelenskini fikir ayrılıqlarını müzakirə etmək üçün Türkiyəyə dəvət edib
 

Türkiyə prezidenti Ərdoğan Putin və Zelenskini fikir ayrılıqlarını müzakirə etmək üçün Türkiyəyə dəvət edib

Paralel.az RİA Novosti-ya istinadə xəbər verir ki, Ankara Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın məlumat verib.

"Prezident Ərdoğan hər iki lideri Türkiyəyə gəlməyə və aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət etdi. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır", - o deyib.

Bundan əlavə, Kalın bildirib ki, Türkiyə prezidenti yaxın həftələrdə Ukraynaya səfər etmək niyyətindədir.

“Eyni zamanda, biz ciddi nəticələrə səbəb olacaq hər hansı hərbi əməliyyatdan qaçmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, - deyə Ərdoğanın sözçüsü əlavə edib.

Qərb siyasətçiləri və mediası dəfələrlə Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını bəyan edib. Moskva bu ittihamları rədd edib və israr edib ki, bu cür iddialar Rusiya sərhədləri yaxınlığında hərbi texnika və NATO qüvvələrinin yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur. Kreml heç bir aqressiv plan qurmadıqlarını və heç kəsi təhdid etmədiklərini və qoşunların ölkə daxilində hərəkətinin heç kimi narahat etməməli olduğunu vurğulayıb.
Akif Nəsirli

0.019531965255737