ABŞ-da Trampın saxtakarlığına dair sübutlar tapılıb

ABŞ-da Trampın saxtakarlığına dair sübutlar tapılıb
 

Paralel.az xəbər verir ki, Nyu-Yorkun baş prokuroru Trampı və övladlarını ifadə vermək üçün məhkəməyə gəlməyə məcbur etmək qərarına gəlib.

Nyu-Yorkun baş prokuroru Letitia James ABŞ-ın keçmiş prezidenti Donald Trampı və onun iki övladını - qızı İvanka və oğlu Donaldı and içərək ifadə vermək üçün məhkəməyə məcbur gətirilmə qərarına gəlib. Bu barədə "The New York-Times" xəbər verir.

Amerikalı müstəntiqlər kreditlər və vergi güzəştləri əldə etmək üçün aktivlərin düzgün qiymətləndirilməməsindən istifadə edən iş adamının şirkətləri tərəfindən saxtakarlıqlar aşkar ediblər. İş adamının ailəsinin vergi endirimlərində bir neçə milyon dollara haqq qazandırmaq üçün Nyu-York və Kaliforniyada edilən torpaq ianələrinin dəyərini şişirtməklə qanunu pozduğu güman edilir.

“Bu gün verilən məcburiyyət vəsatəti Donald Trampın, kiçik Donald Trampın və İvanka Trampın ifadə verməsi üçün çağırış vərəqələrinin verilməsi və Donald Trampın əlində olan sənədlərin təqdim edilməsi üçün məhkəmə qərarı əldə etmək məqsədi daşıyır”, - deyə Baş Prokurorluq məlumatda bildirilir.

Tramp və vəkilləri istintaqın siyasi motivli olduğunu deyib və bunu “cadugər ovu” adlandırıblar. Bəyanatda bildirilir ki, Baş Prokurorluq mövcud dəlillərə əsaslanaraq məhkəmə prosesinin başlanması ilə bağlı hələ yekun qərar qəbul etməyib.

Daha əvvəl eks-prezident Ağ Evə tezliklə qayıdacağını açıqlamışdı. Ölkənin keçmiş lideri Arizona ştatının Florensiyada tərəfdarlarının mitinqində 2024-cü ildə geri dönəcəyini vəd edib. O, həmçinin “Amerikanı yenidən böyük etmək” zərurətini qeyd edib.
Akif Nəsirli

0.018906831741333