Qondarma qurumun rəhbəri yeni iddialardadır

Qondarma qurumun rəhbəri yeni iddialardadır
 

Paralel.az xəbər verir ki, qondarma qurumun XİN rəhbəri D.Babayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzun müddətdir regiona səfər etmədiyini deyib: “Görünür, Azərbaycan həmsədrlərin regiona səfərinin qarşısını almağa və ya səfəri çətinləşdirməyə çalışır.
İrəvanda Artsax prezidenti ilə yeni rusiyalı həmsədr arasında görüş baş tutub. Biz görüşü yüksək qiymətləndiririk.
Azərbaycan maneələr yaradır. Biz bu yaxınlarda ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Əliyevin demarşını gördük. Amma mən düşünmürəm ki, həmsədrlər şantajlara boyun əyəcəklər. Artsaxın öz mövqeyini vasitəçilərə çatdırmaq imkanı var”.
Nigar

0.015406131744385