Kadırov Qvaramiyanın qətlinisifari sverib?

Kadırov Qvaramiyanın qətlinisifari sverib?
 

Paralel.az xəbər verir ki, Gürcüstanın "Mtavari Arxi" kanalının baş direktoru Nika Qvaramiya dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Onun dindirilməsi bu gün saat 14:00-a təyin edilib. Əldə olunan məlumata görə, iş, jurnalist Eliso Kiladzenin məlumat yaydığı sifarişli qətlin təşkilinin araşdırılmasından gedir.

Kiladzenin sözlərinə görə, Nika Qvaramiyanın qətlinin sifarişi Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən verilib və killerlər verilən əmri yerinə yetirmək üçün artıq Gürcüstana gəliblər.
Akif Nəsirli

0.017307043075562