İranda erməni kilsəsi təmir edilib

İranda erməni kilsəsi təmir edilib
 

Paralel.az xəbər verir ki, İranın cənub-qərbində yerləşən Buşehr liman şəhərində erməni kilsəsi (Qriqorian kilsəsi) təmir edilib: “Erməni məbədi ərazisinin abadlaşdırılması və təmizlənməsi proqramı başa çatıb. Yerli hakimiyyət orqanları yaxın vaxtlarda tarixi abidəni ziyarətçilərin ixtiyarına verməyi planlaşdırır.

Monastırın köhnə tikilisi, həyəti və digər otaqları yenidən qurulub. Məbədin ərazisindəki qəbir daşlarının sənədləşdirilməsi işləri aparılır.

Buşehr erməni kilsəsi liman şəhərinin mühüm və əlamətdar tarixi abidələrindən biridir.

“İranda çoxlu kilsələr var. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərindəki Müqəddəs Thaddeus, St Stefan və Dzorzor (Zorzor) kilsələri 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” deyə, nəşrdə deyilir.

Buşehr Erməni Kilsəsi Qacarlar sülaləsi dövründə (1795-1925) Avadyan ailəsi tərəfindən tikilib”.
Nigar

0.020886898040771