Azərbaycan vətəndaşlığına qəbul edənlərin sayı açıqlanıb

Azərbaycan vətəndaşlığına qəbul edənlərin sayı açıqlanıb
 

Paralel.az xəbər verir ki, Ötən il 596 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 62 nəfəri Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların yaxın ailə üzvləridir: “Vətəndaşlıq verilməsi ilə bağlı bizə daxil olan müraciətlər müsbət qəbul edilib”.

V.Hüseynov bildirib ki, ötən il 15 nəfərin vətəndaşlığı isə bərpa olunub. Qeyd edək ki, 2020-ci ildə 409 nəfər ölkə vətəndaşlığına qəbul olunub, 8 nəfərin vətəndaşlığı isə bərpa olunub.
Şahnaz Salehqızı

0.019287109375