Səhvən hərbi məxfi məlumatlarını yayımlayıb

Səhvən hərbi məxfi məlumatlarını yayımlayıb
 

Müdafiə Nazirliyi səhvən ölkənin hərbi məxfi məlumatlarını yayımlayıb.

Paralel.az xəbər verir ki, bu barədə TV Pirveli kanalı məlumat yayıb. Məlumata əsasən, Gürcüstanın ABŞ-dan tank əleyhinə sistemlər alması ilə bağlı bütün məlumatlar Müdafiə Nazirliyi tərəfindən Satınalmalar Agentliyinin saytına yüklənib.

Satınalmalar Agentliyinin saytına yüklənən məlumatlarda, alınan sistemlər barəsində detallı məlumatlar yerləşdirilib və bu hər kəs və hər bir xarici ölkə üçün əlçatan olub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı sənəd 14 yanvar 2022-ci il tarixinə aid sənəddir.
Akif Nəsirli

0.018688917160034