Dünyada altı avrokubok qələbəli yeganə oyunçu vəfat edib

Dünyada altı avrokubok qələbəli yeganə oyunçu vəfat edib
 

Paralel.az xəbər verir ki, “Real Madrid”in sabiq futbolçusu Fransisko Gento 89 yaşında vəfat edib. O, dünyada altı avrokubok qələbəsi olan yeganə oyunçudur.
Gento 18 il - 1953-1971-ci illərdə  “Real Madrid”də çıxış edib. Bu müddət ərzində o, Madriddə 600 oyun keçirib, 182 qola imza atıb. “Madrid”də 12 dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun qalibi, bir dəfə isə Qitələrarası kubokun qalibi olub.
O, həmçinin, “Real Madrid”də qazanılan titulların sayına görə klubun iki rekordçusundan biridir. Braziliyalı Marselo bu göstəriciyə görə onunla bərabər olub. Bu, Madridin İspaniya Superkubokunu qazanmasından sonra baş verib.
Nigar

0.031069040298462