2050-ci ilə qədər enerji istehlakının 12 faizi hidrogenin payına düşəcək

2050-ci ilə qədər enerji istehlakının 12 faizi hidrogenin payına düşəcək
 

Paralel.az xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına görə, 2050-ci ilədək enerji istehlakında hidrogenin payı artacaq: “Hidrogen sektoru neft və təbii qaz sektorundan daha rəqabətli və gəlirli olacaq.
Dünyanın 30-dan çox ölkəsi və regionu hidrogen strategiyası hazırlayır. Neft emalı zavodları hidrogenin istifadə edilməsi arzu olunan ərazilərin ön sıralarındadır. Bunun ardınca polad istehsalı və beynəlxalq daşıma fəaliyyətləri, uzun məsafəli uçuşlar, mövsümi saxlama və çox yüksək temperaturda isitmə gəlir.
Hesabata görə, 2050-ci ilə qədər hidrogen əldə etmə prosesini əhatə edən elektrolizin bazar potensialı 60 milyard dollar, hüceyrə yanacağı texnologiyasının bazar potensialı isə 25 milyard dollar olaraq hesablanır. Bu sahədə Çin, Avropa və Yaponiya mühüm regionlar kimi seçilir.
Hidrogen istehsalı üçün tələb olunan enerjinin böyük hissəsi bərpa olunan enerji mənbələrindən, qalan hissəsi isə təbii qaz və karbon tutma, saxlama fəaliyyətlərindən əldə ediləcək.
Bərpa olunan enerji xərclərinin azalmasına baxmayaraq, hidrogenin nəqlinin hələ də baha başa gəldiyini bildirən hesabata görə, bu sahədə əməkdaşlıq artacaq”.
Nigar

0.019327878952026