Dövlət Baxçalı: “Türk şiə, sünni ola bilməz. Türk türkdür!”

Dövlət Baxçalı: “Türk şiə, sünni ola bilməz. Türk türkdür!”
 

Paralel.az xəbər verir ki, MHP lideri Dövlət Baxçalı bugünkü çıxışında bir sıra açıqlamalar verib: “Göründüyü kimi, Qazaxıstandakı böhran regional müqaviməti sınayıb. İctimai binaların ələ keçirilməsi cəhdi, sıravi fəalların canlı qalxan kimi istifadə edilməsi çox ciddi oyunun qurulduğunu göstərir.
Bir çox ölkələrdə sistemli şəkildə tətbiq olundu və son qurban kimi Qazaxıstan seçildi. Qazaxıstanda hadisələrin qarşısı alınıb, lakin diqqət çəkən ölkələr, o cümlədən Türkiyə üçün bu təhlükələr hər zaman mümkündür. Hazırlıq və ayıq olmaq tarixi bir öhdəlikdir.
Türk Dövlətləri Təşkilatı arasında hərbi razılaşma olmadığı üçün sülh və sabitlik qüvvəsi yaradıla bilmədi. Ümid edirəm ki, üzv dövlətlər arasında hərbi əməkdaşlıq və müttəfiqlik şərtləri onların suveren hüquq və maraqlarına qarşılıqlı hörmət əsasında qurulur.
Türk şiə ola bilməz, sünni ola bilməz. Türk türkdür. Türk düşmənçiliyinin qitələri dolaşarkən biz məzhəb hesabı aparacağıqmı? Ata-babalarımıza, şəhidlərimizə bunu necə izah edə bilərik? Təriqətçilik fitnədir. İraq türkmənləri düşdükləri tələdən dərhal qurtulmalıdırlar”.
Nigar 

0.020443916320801