Yeniyetmələr Azərbaycana keçməyə cəhd göstərib

Yeniyetmələr Azərbaycana keçməyə cəhd göstərib
 

Paralel az xəbər verir ki, İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb

Sərhəd pozucuları özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Qısa müddət ərzində yeniyetmələrin İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.
Akif Nəsirli

0.01714301109314