Beş uşaq dövlət himayəsina götürülüb

Beş uşaq dövlət himayəsina götürülüb
 

Paralel.az xəbər verir ki, Şamaxıda baxımsız qalan uşaqların anası reabilitasiya prosesinə cəlb olunacaq

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.

Məlumatda bildirilir ki, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında onların rifahı ilə əlaqədar aidiyyati qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.
Akif Nəsirli

0.012709140777588