Gürcüstan dərmanları ucuzlasdırmağın yolunu tapdı

Gürcüstan dərmanları ucuzlasdırmağın yolunu tapdı
 

Bəs Azərbaycan nə zaman bundan nəticə çıxaracaq?

Bu günlərdə Azərbaycan hökumətinin dərman vasitələrinin qiymətlərini bahalaşdırmasına rəğmən Gürcüstan hökuməti ölkəyə gətirilən dərmanların ucuzlasdırılmasının yollarını arayın. Gürcü hökuməti artıq bunu yolunu büküb da - qardaş Türkiyədən itxalı genişləndirməklə...

"Türkiyədə qiyməti 5 lari olan dərmanlar başqa ölkələrdən Gürcüstana gətirildikdə 10 dəfə daha baha qiymətə satılır".

Paralel.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, dərmanin markası və adı eyni olur, lakin başqa ölkədə istehsal olduğuna və həmin ölkədə dərman baha olduğuna görə Gürcüstana gətirildikdə 10 dəfə baha satılır:

“Bir neçə ay əvvəl Rəqabət Agentliyinin rəhbərinə bazarı öyrənmək və ölkədə dərmanların qiymətinin aşağı salınması ilə bağlı edilə biləcək nüansları araşdırmaq tapşırılıb. Məsələlərdən biri də Türkiyə qapılarının açılması idi. Çünki müxtəlif əczaçılıq şirkətlərindən əldə edilən məlumata görə, Türkiyədə qiyməti 5 lari olan dərmanlar başqa ölkədən Gürcüstana gətirildikdə 10 dəfə baha qiymətə satılır. Dərmanın markası və adı eyni olur, lakin başqa ölkədə istehsal olduğuna və həmin ölkədə dərman qiymətləri baha olduğuna görə Gürcüstana gətirildikdə 10 dəfə baha satışa çıxarılır. Buna görə də dərman qiymətlərinin ucuzlaşması üçün, Türkiyə dərman bazarının açılması qərarını verdik", - deyə Azaraşvili bildirib.
Akif Nəsirli

0.018873929977417