Paytaxtda nəqliyyatın hərəkəti iflic oldu

Paytaxtda nəqliyyatın hərəkəti iflic oldu
 

Paralel.az xəbər verir ki, Bakıda avtomobilini yolda atıb gedən sürücü səbəbindən yol iflic olub.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Bəsti Bağırova küçəsində avtomobilini yolun ortasında atıb gedən sürücü küçədə tıxacın yaranmasına səbəb olub. Hərəkətin iflic olması təcili tibbi yardım avtomobilinin də çağırışa getməsinə maneə yaradıb.

Sonda avtomobilin sürücüsü tapılıb və küçədə hərəkət bərpa olunub.
Akif Nəsirli

0.029572010040283