Ermənistan parlamenti davadan zorla yayındı

Ermənistan parlamenti davadan zorla yayındı
 

Paralel.az xəbər verir ki, Ermənistan parlamentinin yanvarın 17-də keçiriləcək iclası növbəti böyük dava təhlükəsi səbəbindən bir müddət təxirə salınmalı olub.

Fakt budur ki, Milli Assambleyanın iclası zamanı hakim “Mülki Müqavilə” partiyasından parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bir müddət iclas zalını tərk etmək məcburiyyətində qalıb. Onun olmadığı müddətdə müxalifətdən olan deputatlar növbəti ittihamlar toplusu ilə gündəmə gəliblər.

Onların arasında Türkiyəyə simpatiya bəsləməkdə şübhəli bilinən vitse-spikerin də adı yer alıb. Rubinyan qayıdan kimi mikrofonu işə salıb və həmin an tribunadan çıxış edən həmkarının sözünü kəsərək “Ermənistan” müxalifət blokundan olan deputatları hədələyib.

“Hripsime Stambulyana xəbərdarlıq edirəm. Məncə anlayışınız pisdir. Mən sizin parlament fraksiyanızı nəhayət sakitləşdirməyə çağırıram, əks halda mən sizinlə nə istəsəm, nəyi münasib hesab edirəmsə, edəcəm. Nəhayət, özünüzə diqqət yetirin”, - deyə qəzəblənmiş vitse-spiker bildirib.

Buna cavab olaraq zaldan “bacarmazsan” nidaları eşidildi.

Bu, Rubinyanı daha da qəzəbləndirdi və o, daha çox uzatmadan oturduğu yerdən qalxaraq müxalifətçilərə tərəf qaçdı. Ancaq hücuma keçə bilməyib. Onu saxlamağa müvəffəq olublar, bundan sonra o, öz yerinə qayıdıb və fasilə elan edib.
Akif Nəsirli

0.013168811798096