Poroşenko Kiyevdəki məhkəmə binasına qayıdıb

Poroşenko Kiyevdəki məhkəmə binasına qayıdıb
 

Ukraynanın eks-prezidenti Poroşenko dövlətə xəyanət işi üzrə Kiyev məhkəməsinə qayıdıb

Paralel.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko dövlətə xəyanətlə bağlı həbs-qətimkan tədbirinin seçildiyi iclas zalına qayıdıb.

Bundan əvvəl hakim müdafiə tərəfinin materiallarla tanış olması üçün fasilə elan edib. Proses “Ukraynanın məhkəmə hakimiyyəti” YouTube kanalı tərəfindən canlı yayınlanır.

Poroşenko tərəfdarlarının məhkəmə binası yaxınlığında keçirilən mitinqində çıxış edib. O bildirib ki, “həqiqət onun tərəfindədir”, bu isə o deməkdir ki, “ədalətli qərar” gözləmək lazımdır. Çıxışından sonra sabiq dövlət başçısı binaya daxil olub.

Mitinq davam edir. RİA Novosti-nin müxbirinin verdiyi məlumata görə, burada min beş yüzə yaxın insan iştirak edir.
.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Varşavadan Kiyevə gəlib. Uçuşdan əvvəl eks-prezident RİA Novosti-yə bildirib ki, o, həbsdən qorxmur, çünki həqiqəti onun tərəfində olduğunu və arxasındakı insanların dəstəyini hiss edir.
Akif Nəsirli

0.012588024139404