Təqaüdçülər mitinq keçirdi

Təqaüdçülər mitinq keçirdi
 

Paralel.az xəbər verir ki, Təbrizli təqaüdçülər etiraz mitinqi keçirib. Təqaüdçükər deyib ki, tələblərimiz yerinə yetirilməzsə Tehrana gedəcəyik.

Yanvarın 16-da Təbrizdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.

"Azad İran" Telegram kanalının xəbərinə görə, etirazçılar havanın kəskin soyuq olmasına baxmayaraq Şərqi Azərbaycan vilayətinin Sosial Təminat İdarəsinin önünə toplaşıblar.

Narazılar “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul şəxslər, istefa-istefa”, “Əmək haqqı rialla, xərclərimiz dollarladır” məzmunlu şüarlar səsləndiriblər.

Mitinqin sonunda çıxış edən təqaüdçülərin nümayəndəsi bildirib ki, tələbləri yerinə yetirilməzsə, aksiyanı Tehranda davam etdirəcəklər.
Akif Nəsirli

0.024331092834473