Lukaşenko Belarusun qərb sərhədlərində 30 mindən çox hərbçi yerləşdirildiyini bildirib

Lukaşenko Belarusun qərb sərhədlərində 30 mindən çox hərbçi yerləşdirildiyini bildirib
 

Paralel.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələr, o cümlədən ABŞ ordusunun ölkəsinin qərb sərhədlərində 30 mindən çox əsgər və silah yerləşdirdiyini söyləyib: “Polşa və Baltikyanı ölkələrin Belarus sərhədinə 30 mindən çox əsgər, texnika və silah yerləşdirdiyini qeyd edən Lukaşenko Polşanın bölgəyə hərbi texnika yerləşdirmək üçün NATO-ya müraciət etdiyini bildirib.
Belarusun qərbindəki ölkələrdə ABŞ əsgərlərinin olmasına diqqət çəkən Lukaşenko deyib: “Polşa və Baltikyanı ölkələrdə növbə ilə 8-10 min ABŞ əsgəri var. Amerikalılar burada nə edəcək? Bəzi  “qaynar” insanlar açıq şəkildə müharibəyə çağırırlar”.
Belarusun cənub sərhədlərindəki vəziyyətin də narahatlıq doğurduğuna diqqət çəkən Lukaşenko Ukrayna tərəfində hərbi birləşmələrin artdığını bildirib: “Ukrayna sərhədlərimizə yaxın “radikal millətçilərdən” milli qvardiya dəstələri cəlb etməklə öz qüvvələrini genişləndirməyə davam edir”.
Nigar

0.019273042678833