Əli Xameneinin bacısı qızı tutulub

Əli Xameneinin bacısı qızı tutulub
 

Paralel.az xəbər verir ki, "HRANA" agentliyi Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxaninin həbs edilməsi ilə bağlı məlumat yayıb.

Əli Xameneinin bacısı qızı Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.

İnsan haqları fəalı Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. "HRANA" agentliyi bildirib ki, o, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb.

İranın təhlükəsizlik qüvvələri fəalın evində axtarış əməliyyatı keçirib və Muraxdaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, "Evin" zindanının 209-cu kolon adlanan ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.
Akif Nəsirli

0.020151138305664