Poroşenkonu Kiyev hava limanında saxlanmağa çalışıblar

Poroşenkonu Kiyev hava limanında saxlanmağa çalışıblar
 

Paralel.az xəbər verir ki, Təhlükəsizlik qüvvələri Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonu Kiyev hava limanında saxlamağa çalışıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun partiyasının deputatlarının təhlükəsizlik qüvvələrinin qarşısını almağa çalışdığı qeyd edilib.

Agentlik həmçinin bildirir ki, sərhəd nəzarətində müstəntiq Poroşenkoya onun saxlanılan şəxs kimi adı çəkilən çağırış vərəqəsi verib.

Eks-prezidentin özü də iddia edir ki, sərhədçilər onun pasportunu yoxlamaq adı ilə əlindən alıblar.

Daha əvvəl bildirilmişdi ki, göyərtəsində Poroşenko olan təyyarə Kiyevə enib.

Yanvarın 17-də, bu gün məhkəmə Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs edilməsi barədə vəsatətə baxacağ.
Akif Nəsirli

0.014079093933105