Gələn il həyəcanlı hadisələr artacaq – 2022-ci ilin Elmi-lədun təhlili

Gələn il həyəcanlı hadisələr artacaq – 2022-ci ilin Elmi-lədun təhlili
 

 

(Davamı)

Dr. Paşa Yaqub yazır:

“Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” “Quran”, “Göy gurultusu” surəsi, 6.

Yuxarıda 22 və 9 ədədlərindən, növbəti ildə bu ədədlərin özünü necə göstərəcəyindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabər olduğundan (22 - 9 = 13) bir qədər də 13 ədədi barədə danışmaq istəyirik.

Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir:
«Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13)
Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir.

13 rəqəmi həm “Quran”da, həm də fizikada həyəcan rəmzi sayılır (göy gurultusu insanda da həyəcan yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır...

İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür.
Həmçinin təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır.

Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama da cəlb etmək istəyirəm. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, bağırsaqda kəskin sancı yaranır. Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir.

Bütün bu sadaladığım faktlardan aydın olur ki, 13 ədədi enerjiyə işarədir.
Burada bir məqamı vurlamaq yerinə düşər ki, XXI əsr başlayandan Dünyada bir çox sirli, müəmmalı enerji qəzaları baş vermişdir. Bu qəzaların hesablamaları bir qayda olaraq 13 ədədinə bağlanır. Yəni, enerji qəzalarının 13 ədədi altında baş verdiyi məlum olur (bu, yuxrıda sadaladığım sirlərlə bağlıdır).

Məsələn, götürək 2003-cü ilin 13 (!) avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən və bir qitəni həftə ərzində qaranlığa qərq edən enerji qəzasını.
Bu sirli hadisəni Elmi-lədun yolla araşdırarkən diqqətimizi çəkən ən maraqlı məqam 13 ədədinə bağlanması oldu. Belə ki, həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, “Quran”ın ayələrini başdan başlayıb saydıqda 955 ci ayəsi 7-ci surənin 1-ci ayəsinə düşür:
“ƏLİF, LAM, MİM, SAD”
Göründüyü kimi burada həm hərflərin sayı, həm də qəzanın tarixi 13-dür.

Yuxarıda 13 ədədinin “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, ildırıma, enerjiyə (!) bağlı olması barədə çoxlu faktlar sadaladıq.
Amerlkada baş verən enerji qəzasının baş verdiyi günün və həmin günlə uzlaşan “Quran” ayəsinin nömrəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq:

955 – 114 – 286 = 555

Alınan 555 ədədi Quranda tövbə və cəza rəmzi sayılır (555 ədədi barədə əvvəlki yazılarımızda geniş şərhlər vermişik).

Yazımızın əvvəlki hissəsində qeyd etdik ki, əsrin ikinci Qurban bayramı günü zalımların cəzalanacağı barədə vəhy qəbul edəndə, bu haqda o zamankı dövlət başçısına açıq məktub yazıb, məbuatda dərc etdirmişdim. Bundan sonra Azərbaycan və onun rəhbərliyi ətrafında sirli hadisələr baş verməyə başladı. Maraqlıdır ki, 13 avqustda Amerika bir həftəlik qaranlığa qərq olanda Azərbaycan rəhbərliyi də oradaydı.
Hesablamalarımız göstərir ki, əsrin 955-ci günü Amerka kimi dünya hegomonu olan bir dövlətin (və onun ətrafındakı dövlətlərin) işığını bir həftəlik söndürməklə, Rəbbim həmin dövlətlərin rəhbərlərinə, onların simasında bütün bəşəriyyətə tövbə edib, doğru yola qayıtmaları, zalımı və onun zülmünü müdafiyə etməmələri üçün mesaj verirdi.
Bu cür kodlaşdırılmış xəbrdarlıqlara məhəl qoymamağın nəticəsidir ki, Dünyada fəlakətlərin ardı-arası kəsilmir. Bildiyim qədər növbəti ildə bu kimi həyəcanlı hadisələr daha da artacaqdır və nəticədə bir qisim insanlar tövbə edib doğru yola qayıdacaq, əksəriyyəti isə, təmizlənmənin qurbanı olacaqdır...

13 ədədi ALLAHA işarə verir

Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Allah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına).

Yuxarıda qeyd etdiymiz 22 – 9 = 13 düsturu onu göstərir ki, əsrin 22-ci ilində ALLAH Öz hikmətini, Öz qüdrətini göstərəcəkdir. Bu da 13 ədədi altında baş verəcəkdir. Yəni, enerjiylə, ildırımla bağlı həyəcanlı hadisələr yaşanacaqdır. İnsanlar bu bəlalardan ancaq tövbə edib ALLAHA sığınmaqla xilas ola biləcəklər. Çünki ilin nömrəsindən 13 ədədini çıxsaq “Tövbə” surəsinin sıra nömrəsi (9) qalır və gələn bəlalardan ancaq Tövbə etməklə xilas olmağın mümkünlüyünü göstərir:

22 – 13 = 9

Təsadüfi deyildir ki, 13-cü ayə Quranda 88 dəfə keçir (yəni, Quranın cəmi səksən səkkiz surəsində 13-cü ayə var; qalanlarda ayələrin sayı 13-dən azdır). 88-ci surənin adı “Bürüyən”dir ki, burada söhbət Qiyamətdən, məşəqqətdən gedir.
88-ci surə isə, öz növbəsində 26 ayədir ki, bunları cəmləyəndə Quran rəmzi alınır, 22-ci ildə baş verən hadisələrin Qurandakıların (bizdən əvvəlki qövmlərin başına gələnlərin) bənzəri olacağını gösərir:

88 + 26 = 114

Maraqlıdır ki, 22-ci surə də diqqətimizi riyazi yolla qiyamətə yönəldir. Belə ki, 22-ci surənin 78 ayədən ibarət olması diqqətimizi “Böyük xəbər” (78) surəsinə cəlb edir ki, burada da söhbət qiyamət xəbərindən gedir. Bu və digər hesablamalarımız göstərir ki, əsrin 22-ci ilində mikroqiyamətlər (başqa sözlə lokal qiyamətlər) çoxalacaq ki, nəticədə Dünya və Azərbaycan zalımlardan, yolazmışlardan təmizlənəcəkdir.

Bir qədər də Xilaskar barədə

Quranda belə bir ayə var: “Biz, peyğəmbər göndərməmiş heç bir millətə əzab vermərik!”
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Bu və digər ayələrdə görürük ki, bizdən əvvəl bəla gələn qövümlərin hamısına qabaqcadan xəbərdarlıq gəlib. Belə bir sual meydana çıxır: 2022-ci ildə bəlalar gəlməmiş xəbərdarlıq ediləcəkmi? Ediləcəksə kim edəcək?
Neçə minilliklərdir ki, keşişlər və mollalar insanların başının altına yastıq qoyurlar ki, narahat olmayın, göydən kimsə gəlib sizi xilas edəcək. Amma, onların dediyi şəxsiyyətlər (İsa əleyhissəlam və İmam Mehdi) min illərdir dirilmədikləri kimi, min il bundan sonra da dirilmiyəcəklər! Bunu gözləmək avamlıqdan və İran mollalarının cəfəng təbliğatına uymaqdan başqa bir şey deyil. Kiminsə dirilib gəlməyinə inanmaq Qurana qarşı çıxmaq deməkdir. Çünki, Quran qiyamətdən savayı dirilməni inkar edir. Buyurur ki, siz mələk olsaydınız, sizə mələklərdən peyğəmbər göndərərdik. İnsan olduğunuza görə Peyğəmbəri də öz aranızdan bir insanı seçirik. Adəmdən üzü bəri bəşər tarixinə nəzər salsaq görərik ki, mələkdən, ruhdan bir peyğəmbər gəlməyib. Deməli bundan sonra da gəlməsi mümkün deyil! Bizə görə gələsi olanlar (insan olaraq) artıq bizim aramızdadır, gedəsi olanlardan da bəziləri gedib, qalanlar da 286 gündən gec olmayaraq gedəcəklər İnşallah (insanlar tez tövbə etsələr və zalıma rəğbət bəsləməkdən çəkinsələr bu daha da tez baş verər).

Ata-babalarınız da sizin kimi kimlərinsə göydən gələcəyini gözləyə-gözləyə ömürlərini başa vurduar, heç kəsin gəldiyini də görmədilər. Və bu zülmü, haqsızlığı sizlərə (bizlərə) miras qoyub getdilər. Siz də onlar kimi oturub kiminsə zühur edəcəyini gözləsəniz bu zülmü və səfaləti öz övladlarınıza, nəvələrinizə... miras qoyaraq, dünyadan gedəcəksiniz. Quran məntiqinə görə hər bir insan kiminsə gəlişini gözləmədən özü tövbə edib düz yolda olmalıdır və zülmə, haqsızlığa qarşı mübarizə aparmalıdır. Nə bilirsən, bəlkə bu gecə ömrümüz tamamdır, niyə tövbə etmədən ölməliyik? Əgər hamımız tövbə etsək və biri-birimizə zülm etməkdən, aldatmaqdan çəkinsək sabah arzuladığımız xoşbəxt cəmiyyəti ALLAH bizə qismət edər. Cəmiyyətdə halallıq və düzgünlük olsa xeyir bərəkət aşıb daşar, nə bir xəstəlik olar, nə də sıxıntı; ALLAH onları qeybə çəkər və Yer üzünə bərəkət yağdırar....

Göydən gələcək zühur nağıllarını insanları yatızdırmaq üçün İran mollaları və onlardan betər fırıldaqçı keşişlər uydurublar ki, qoy insanlar zalıma qarşı mübarizə aparmasınlar, oturub göydən kiminsə gəlişini gözləsinlər...

Quran məntiqinə görə göydən heç vaxt nə Peyğəmbər, nə İmam nə Xilaskar, gələ bilməz: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?!" (Quran).
"Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər". (Quran). Və s.
Yəni, diriltmək məsləhət olsaydı Allah ən sevimli Rəsulu olan Məhəmməd əleyhissəlamı dirildərdi. Onu diriltmirsə deməli heç kəsi diriltməz!

ALLAH kimisə diriltsə, onda hamı haqlı olaraq deyər ki, mənim də ata-babamı, övladımı dirilt. Diriltməsə bu ədalətsizlik olmazmı ki, birini dirildə, o birini diriltməyə?! Mənim tanıdığım ALLAH çox ədalətlidir və heç kəsə ayrı-seçkilik etməz! Heç kəsə görə qanunları dəyişməz! İstər İmam olsun, istər Peyğəmbər, istər sıradan biri.... ALLAHIN qanunu hamı üçün eynidir!

Məhəmməd əleyhissəlam kitab verilmiş sonuncu Rəsuldur. Ondan sonra həmin mərtəbəyə olmasa da, digər kitab verilməmiş peyğəmbərlərin məqamına yüksələn xeyli sayda insanlar (imamlar, övliyalar) olmuşlar ki, onlar öz dərəcələrini daxildə bilsələr də, bunu zahirə çıxarmamışlar və millətə bəyan etməmişlər. Abırlarını qorumuşlar. Çünki bütün dövrlərdə kimsə desə ki, mən peyğəmbərlik məqamına yüksəlmişəm, insanlar ona qarşı üsyan edərlər... Bu insanın xislətindədir və heç vaxt dəyişmir. Övliyaların tədqiqatçısı olaraq bu mövzuda onlarla kitab yazmışam. Mənə aydın oldu ki, Azərbaycanda İslam yaranandan bəri onlarla şəxs Peyğəmbərlik məqamına yüksəlib və ALLAHLA rabitədə olub. Sadəcə yaşadıqları dövrdə bunu hər vəchlə gizlətməyə çalışıblar. Düzdür mən onları Məhəmməd əlyhissəlam səviyyəsində görmürəm, amma, onları heç də kitab verilməmiş peyğəmbərlərdən aşağı da hesab etmirəm.

Xristiyan keşişləri də min illərdir cəfəng təbliğat aparırlar ki, İsa Peyğəmbər dirilib qayıdacaq. Amma heç bir xristiyan, yaxud yahudi oturub onu gözləmir, onlar haqsızlığa qarşı mübarizə aparır, özlərinə normal (oğru olmayan) dövlət qurur və adam kimi yaşayırlar. Bizdə isə "dindar"lar deyirlər ki, oturun gözləyin, gydən İmam gələcək, sizə haqq-ədalət olan bir dövlət quracaq, problemlərinizi həll edəcək.... Amma, min illərdir göydən heç kəs gəlmir, bundan sonra da gələsi deyil. Siz dindarsınızsa, Qurandan xəbəriniz varsa görün ki, ALLAH kitabda belə buyurub: Bir qövm öz tövrünü dəyişməyincə Biz onun tövrünü dəyişmərik. Yəni, insanlar tövbə edib doğru yola dönməyincə - tərəzidə düz çəkmədikcə, zalıma yaltaqlanmağa son qoymadıqca, biri-birini aldatmağa, haram işlərə son qoymadıqca onlara düzgün rəhbər, normal dövlət qismət olmayacaq. Bunlara son qoymaq üçün də heç bir İmamı gözləməyə ehtiyac yoxdur. Günü bu gün tövbə edin, düz olun! Sabah görəcəksiz ki, zalımlar ya təyyarə qəzasına düşdülər, ya da başlarına bir bəla gəldi, siz də qurtuldunuz. Belə asan işdən ötrü niyə bundan sonra min il də gözləməlisiniz? Elə bu gün bunu edib, ALLAHIN sizə vəd etdiyinə qovuşa bilməzsinizmi?

“Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” Quran, 6:158

Yuxarıda qeyd etdik ki, insanlara ALLAHIN xəbərdarlığını çatdıran şəxs əslində aramızdadır.
Bildiyimiz kimi, indiyədək 12 imam olub və mömünlər tərəfindən qəbul edilib. İnsanların xilaskar kimi, gözlədikləri 12-ci İmam, əslində sayca və məntiqlə 13-cü olacaqdır (riyazi məntiqlə bir adam və yaxud əşya bir dəfə sayılar və 12-dən sonra 13-ün gəlməsi aksiomadır).
Həmin şəxs hazırda aramızda olsa da, özünü büruzə verməyəcəkdir. Ancaq, Yerdə gedən bugünkü təmizlənmə prosesi (zəlzələlər, vulkanlar, daşqınlar...) başa çatandan sonra sağ qalan 29 faiz əhali 13-cü imamın kimliyini dərk edəcəkdir...

Ümüd edirik ki, çatdırdığımız bu mesajları dərk edən insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar.

(ardı var)

Dr. Paşa Yaqub – elmi-lədun bilicisi

0.017958879470825