Ölkədaxili sərnişin qatarları niyə fəaliyyət göstərmir?

Ölkədaxili sərnişin qatarları niyə fəaliyyət göstərmir?
 

Görünən odur ki, bu məsələdə “Azərbaycan Dəmir Yolları” QSC maraqlı deyil. 

Sosial mediada yayılan xəbərlərə görə, qurumun sədri Cavid Qurbanov hətta məsələnin gündəmə gəlməsini və müzakirəsini belə istəmir. Məlumdur ki, hazırda ölkədaxili sərnişin qatarları işləmir. Bu şəhərdə sıxlığın yaranmasına səbəb olur ki, bu da həm əhalinin işini çətinləşdirir, həm də avtobusla daşımalarda yüklənməyə səbəb olur.

Amma artıq ölkədə karantin rejimi yumşalıb, şadlıq evlərinə, restoranlara, kafe və barlara işləmələri üçün icazə verilib, metro işini bərpa edib, avtobuslar bölgələrə və Bakıya gedib-gəlir, böyük ticarət mərkəzləri fəaliyyətdədir, yəni insanların kütləvi olduğu məkanların əksəriyyətində həyat öz normasına qayıdıb. 
Amma bütün bunlara baxmayaraq, nədənsə sərnişin qatarları işləmir.

Sosial medianın məlumatlarına görə, Cavid Qurbanov müəmmalı səbəblərdən bunun əleyhinə çıxır. Yazılanlara və deyilənlərə görə, sərnişin qatarlarının biletindən əldə edilən gəlir böyük mənfəət gətirmədiyindən rentabelli deyil, amma hazırkı vəziyyətdə pandemiyadan zərər çəkən sahə kimi dövlətdən dotasiya alırsa da, QSC sədrini görünən odur ki,  bu da qane edir.

Məlumata görə, Cavid  Qurbanov bu yolla pandemiya dövründə kifayət qədər vəsaitin maxinasiyası imkanları əldə edib. Bura dəmiryol xətlərinin təmiri, relslərin dəyişdirilməsi, işsiz qalan dəmiryolçuların aldıqları kompensasiya daxildir.

Hətta qatarların işinin bərpası gündəmə gələndə qurumun media emissarları bu xəbərlərin tirajlanmasını önləməyə çalışırlar. Çünki davamlı olaraq mətbuatın gündəmində qalması yekunda Nazirlər Kabinetinin əhalinin maraqlarına uyğun qərar verməsi ilə nəticələnə bilər. Ona görə müzakirəsinin qarşısını almağa cəhd göstərilir.

Paralel.az
0.013769149780273