Türkiyənin müdafiə naziri konsert gəlirlərini orduya bağışlayan müğənni görüşdü - FOTO

Türkiyənin müdafiə naziri konsert gəlirlərini orduya bağışlayan müğənni görüşdü - FOTO
 

Paralel.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir müğənnini Mehmetçik Vəqfinə 150 min TL ianə etməsi münasibətilə qəbul edib.

Nazir həssasiyyəti və dəstəyi üçün müğənniyə təşəkkür edib, Haluk Levent isə bundan sonra nazirliyin fəaliyyətlərində yer almaqdan məmnunluq duyacağını bildirib.

Müğənni hərbi xidmətdə olarkən briqada komandiri olduğunu xatırladıb, nazirlə keçmiş günləri yad edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl Rus Qızılordu ansamblı ilə 15 konsertlik Anadolu turu gerçəkləşdirmişdi. O, konsertlərdən gələn gəlirin yarısını özünün yaratdığı AHBAP xeyriyyə fonduna, yarısını isə orduya bağışlayacağını açıqlamışdı.

0.021955966949463