Dələduz yaxalandı

Dələduz yaxalandı
 

Paralel.az xəbər verir ki, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən bu adla müxtəlif məbləğlərdə pulu toplayıb. İstintaqa təhvil verən Anar əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. 

Araşdırmalar davam etdirilir.

Şahnaz

0.012737035751343