“Omikron”un sonu nə vaxt gələcək?

“Omikron”un sonu nə vaxt gələcək?
 

Paralel.az xəbər verir ki, rusiyalı terapevt Aleksey Vodovozov açıqlamasında bildirib ki,  koronavirusun “Omikron” ştammı dünyaya hakim olacaq, sonra isə bu ilin sonuna kimi “tənəzzül” edəcək.

Onun sözlərinə görə, ötən il çox sürətlə yayılan və sonda “tənəzzül” edən “Delta” ştammının taleyi “Omikron”u da gözləyir. 

“Omikron” ştammında da eyni şey baş verəcək. 2021-ci ildə biz “Delta” ştammının yüksəlişini və enişini gördük. Bütün hadisələr koronavirusun bu bir variantı ətrafında baş verdi. İnanıram ki, 2022-ci ildə də eyni aqibət “Omikron” ştammını da gözləyir. Yeni ştammın yüksəlməsi və enməsinin hansı nəticələrə gətirib çıxaracağı və hansı patogenin onu sıxışdıracağı indi məlum deyil.

Şahnaz Salehqızı

 

0.023358106613159