Qazaxıstan-Azərbaycan münasibətləri 
qardaşlıq və döstluq şəraitində inkişaf edir

Qazaxıstan-Azərbaycan münasibətləri qardaşlıq və döstluq şəraitində inkişaf edir
 

Qazaxıstada yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir

 Bu gün bütün dünyanın xəbər portalları, sosial şəbəkə platformaları, televizya radio kanalları Qazaxıstandan həyəcanlı xəbərlər verməkdədir. Sözügedən sırada türk xalqlarının mediası prosesləri daha həyacanla izləməkdə, vətəndaş cəmiyyəti nümayəndələri isə qızğın müzakirələrlə bu ölkədə yaşananları gündəmdə saxlamaqdadır. Türk dünyasının həyacanını başa düşmək olar - eyni soydan olan millətin, türk soyunun qıpçaq boyundan olan qazax xalqı hazırda çox ağrılı bir proses keçirir. Səbəb olur-olsun, bu gün yüzlərlə qazax gənci qətlə yetirilib. Bizim üçün fərqi yoxdur, o polisdir, xüsusi təyinatlıdır ya etiraz edən sadə vətəndaşdır. Ən faciəlisi isə odur ki, indi Qazaxıstanın böyük şəhərlərində, o cümlədən Alma-atada KTMT qüvvələri adı altında rus, belarus erməni əsgərləri etirazçı ovuna çıxıb. Bu qazax xalqı bütün türk dünyası üçün aşaqılayıcı bir haldır. Çox təəssüflər olsun ki, qazax xalqının haqlı etirazına qarşı güllə ilə cavab verilir, ağrılısı da onun yadelli gülləsi olmasıdır...

Yeri gəlmişkən qeyd edək ki, Qazaxıstan ərazisinə sərvətlərinə görə türk dünyasının ən böyük dövlətidir. Sözügedən ölkə bu göstəricilərə görə dünyada da çox nəzərə - çarpacaq mövqelərə malikdir. Ərazisinə görə dünyada doqquzuncu, sərvətlərinə görə isə yeddinci yeri tutur. Dünya əhalisinin bir faizinə belə sahiblənməyən Qazaxıstan bu qədər böyük ərazi sərvətləri ilə həm Orta Asiyanın açar ölkəsidir. Qazaxıstanın hər hansı bir bəlaya düçar olması, bütün Orta Asiyanı qarışdıra bilər. Qazaxıstan bölgənin bütün dövlətləri ilə - Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya, Cin Monqolıstanla quru sərhədlərinə malikdir. Belə coğrafi movqe, geniş ərazilər bol sərvət, bu Asiya ölkəsini xüsusilə cəlbedici edir. Ölkənin əsas xarici investoru Rusiya adamları olsa da, Amerikanın, Qərbin Türkiyənin adamları Qazaxıstana sərmayə yatırıblar.

Son olaylara qədər Qərb, Amerika Türkiyə Qazaxıstanla münasibətləri möhkəmləndirərək onu Rusiyanın təsiri altından çıxarmaq strategiyası həyata keçirirdi. Bu istiqamətdə həyata keçirilən keçiriləcək layihələrin hamısı, məhz Azərbaycan üzərindən reallaşdırılması nəzərdə tutulurdu. Bir neçə il əvvəl Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar dünyanın super dövlətlərinin maraqları çərçivəsində Rusiyaya qəbul etdirildi desək yanılmarıq. Lakin Rusiya bu məsələdə müttəfiqi olan İranın şıltaqlığından istifadə etdi. Belə ki, Xəzərin statusu müəyyənləşdirilsə , Xəzəryanı beş ölkədən (Rusiya, Qazaxıstan, İran, Azərbaycan Türkmənistan) biri olan İran bu sənədi parlamentdə hələ ratifikasiya etməyib. Bu imtina isə sənədin qüvvəyə minməsinin qarşısını alan yeganə amildir. Bununla da Qazaxıstan, Türkmənistan Özbəkistan qazını Avropaya daşıyacaq, Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan qaz kəmərinin inşası üçün hüquqi zəmin yaradıla bilmir. Həmin kəmərin çəkilməsi Orta Asiya ölkələrinin birbaşa dünya bazarına çıxış əldə etməsinə Rusiyadan asılılığının azalmasına şərait yaradacaqdı. Bu işdə Rusiya ikili oyun oynayaraq, özü sənədi ratifikasiya etdi, lakin İran bu ratifikasiyadan imtina etdi ki, bu da açıq şəkildə Moskvanın maraqlarına uyğun gəlir.

Bu məsələni xatırlatmaqda məqsəd ondan ibarətdir ki, Qazaxıstanın digər Orta Asiya ölkələrinin müstəqilliyinin möhkəmlənməsi, Rusiyanın təsiri altından çıxaraq, Qərbə demokratik dünyanın digər kəsiminə inteqrasiya etməsi, bütün cəhətləri ilə Azərbaycanın dövlət maraqlarına da uyğun gəlir. Məhz bu səbəbdən , Azərbaycan bütün Orta Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Qazaxıstanla münasibətlərə gəldikdə, bu istiqamətdə xeyli işlər görülüb, ölkələr arasında iqtisadi mədəni əlaqələr gücləndirilir. Məsələn, Qazaxıstan maye qazının Xəzər üzərindən tranzit yolla Avropa ölkələrinə daşınmasında Azərbaycan xeyli güzəştlər edib, qardaş ölkəyə neft hasilatı sənayesinə dair maşın mexanizmlərin sərfəli qiymətlərlə satılmasını təmin edir.

Azərbaycan Qazaxıstan münasibətlərinin çox qədim tarixi var. Belə ki, azərbaycanlılar qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil din eyniliyi birləşdirir.

Azərbaycan qazax xalqı rus çar imperiyası sovetlər ittifaqı dönəmində eyni ölkənin ərazisi hesab edilib, vahid mərkəzdən idarə olunub. Sovet İttifaqına Stalin rəhbərlik etdiyi vaxt represiyalar nəticəsində minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.

Hazırda qeyri-rəsmi məlumatlara görə, Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı kompak şəkildə məskunlaşıb. Bu ölkədə yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes digər sahələrdə önəmli mövqelərə malikdirlər. Qazaxıstada yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, ölkənin inkişafına öz töhfələrini verirlər.

Hələ SSRİ-nin tərkibində müttəfiq respublikalar olduqları dövrdə bu iki dövlət arasında geniş  iqtisadi mədəni əlaqələr formalaşıb inkişaf edıb. Sovetlər Birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə, sıxlaşmağa başlayıb.

Ötən əsrin 90-ci illərindən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990- ilin 20 Yanvar hadisələrindən sonra SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük fədakarlıq göstərib.

Azərbaycanla Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcuddur bugün davam edir.

Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 30-da qurulmuşdur. Qazaxıstanın Azərbaycandakı səfirliyi 9 yanvar 1993- ildə Bakıda fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyi təsis edilsə , fəaliyyətinə bundan 7 il sonra - 1 mart 2004- ildə  başlayıb. Bundan başqa 30 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aktau şəhərində Azərbaycanın Baş Konsulluq təsis edilib elə həmin ilin 6 sentyabr tarixindən fəaliyyətə başlayıb.

 Akif Nəsirli  

Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.024346113204956