Dələduzluqla suçlananlar məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqla suçlananlar məhkəmə zalından azadlığa buraxılıb
 

Paralel.az xəbər verir ki, dünən Bakı Apellyasiya Məhkəməsində 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilərək həbs edilən  İlham Xıdırov və Nazim Mustafayevin vəkillərinin  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.

Məlumata görə, əqsirləndirilən şəxslərin vəkillərindən Cavad Cavadov bildirib ki, dələduzluq faktı sübuta yetirilməyib və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxslərə bəraət verilməlidir.

 

Prosesdə şikayət araşdırılıb və yeni hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ləğv edilib, İlham Xıdırov və Nazim Mustafayev barəsində bəraət çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, İ.Xıdırovla N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul almaqda onlara qarşı dələduzluqda təqsirləndirilirdi. Təqsirləndirilən şəxslərin ümumilikdə 1 milyon manata yaxın pulu mənimsəməsi qeyd edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilmişdi.

Şahnaz

Paralel.az

0.016792058944702