Ərzaq kartına qayıdış
Paralel.az xəbər verir ki, pandemiya başlayandan Rusiyada ərzaq kartlarının qaytarılması məsələsi aktiv şəkildə müzakirə olunur: “Sonuncu dəfə SSRİ-nin dağılması zamanı istifadə edilən ərzaq kartlarının geri qaytarılması ekspertlər səviyyəsində müzakirə olunur. Nazirlər Kabinetindən bildirilib ki, hökumət yoxsul rusları dəstəkləmək üçün qida rasionu sisteminin işə salınmasını müzakirə etmir.
Rusiya İctimai Palatası və pərakəndə satıcılar aztəminatlı ailələrə ünvanlı ərzaq yardımının tətbiqini təklif edib. Rusiyanın qida istehsalçıları və tədarükçüləri ölkə rəhbərliyini Sənaye və Ticarət Nazirliyinin aztəminatlı vətəndaşlar üçün ərzaq kartları layihəsinə qayıtmağa çağırıb”.
Nigar