İlham Əhmədov yazır...

İlham Əhmədov yazır...
 
Son  illər sanki ölkədə  gənc nəslin tərbiyə və təhsilini zəiflətmək üçün bəzi  qüvvələr  xeyli  fəallaşıblar. İlk növbədə  isə onlar müəllim nüfuzunu zəiflətməyi  hədəfləyiblər. Bu səbəbdən   Sədi Şirazinin bir hekayətini yada salmaq istəyirəm. Bu hekayət tələbkar kənd  müəllim  haqqındadır. 
Bir Kənd  Məktəbində  müəllim  tərbiyəsiz uşaqlara cəza verdiyi üçün camaat  onu  kənddən qovur. Əvəzində başqa  həlim  bir müəllim  taplb gətirirlər kəndə. Bir müddətdən  sonra uşaqların tərbiyəsi tam pozulur, hətta evdə öz valideynlərini də  onlar  saymırlar. Valideynlər nəhayət ki,  gec də olsa, səhvlərini dərk edib, həmən  müəllimi axtarıb tapıb, ondan  üzr istəyirlər,  yenidən onu kənd  məktəbinə müəllim  gətirirlər.
  İndi bir tərbiyəsiz uşağa ay bu müəllim söz dedi, saçını qırxdırıb məktəbli formasında gəl dedi, uşağa çırtma vurdu v.s. bəhanə ilə müəllimə hücum edirlər. Amma valideyn qanmır ki, bu gün müəllimin üzünə ağ olan şagird, sabah valideynin üzünə qayıdacaq.
Paralel.az
 
0.016711950302124