DSX-da ciddi islahatlara ehtiyac var!

DSX-da ciddi islahatlara ehtiyac var!
 

Əsgər öz komandirlərini hansı səbəbdən güllələyə bilər?

 Yeni ilin ikinci günü işğaldan azad edilmiş ərazilərimizdən sarsıdıcı xəbər aldıq - əsgərimiz öz komandirlərini xidməti silahla qətlə yetirib. Belə ki, yanvarın 2- səhər saat 06.00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

 Bundan sonra kiçik çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb. Bəli, biz il -yarım əvvəl 3 min şəhid verdik, bunlar xalqımız üçün böyük sarsıntıdır, itkidir, amma o itki şərəfdir, oğullar Vətən uğrunda döyüşərək şəhid olur, Vətənini qanı-canı bahasına qoruyur. Bu gün tabeliyində olan əsgərin gülləsindən həlak olan kiçik komandir heyəti haqqında isə utanc hissi keçiririk. İndi informasiyanın yayımı o qədər sürətlidir ki, düşmən dövlətin vətəndaşları da, dərhal bu hadisədən xəbər tutdu sevindi - müzəffər ordunun əsgərləri bir-birini güllələyib! Hətta, sosial şəbəkələrin erməni seqmentində qatil kiçik çavuş E.Əvəzli qəhrəman kimi təqdim edilir. Bu hadisə Azərbaycan xalqı silahlı qüvvələri üçün böyük biabırçılıqdır. Bəs kimdir günahkar, Azərbaycan əsgərləri arasında bu xoşagəlməz hadisə səbəbdən baş verib? Hələlik detallar heç kimə məlum olmasa da, hadisənin motivi aydındır - bu, yalnız xidmət intizamsızlığının nəticəsidir. Azərbaycan xalqının kişi cinsindən olan ahıl vətəndaşlarının böyük əksəriyyəti hərbi xidmət keçıb, hərbi intizamın olduğunu anlayır. Sovetlər dönəmində tikinti batalyonlarında nizam-intizam çox zəif idi, "dedovşına", yerlibazlıq s. kimi neqativ meyillər əsgər ölümlərinə səbəb olurdu. Çünki nizam-intizamın olmadığı şəraitdə güclü, arxalı, müəyyən bölgədən çoxluq təşkil edən ya daha çox xidmət çəkən əsgərlər öz yüklərini digərlərinin çiyninə yükləyir, hətta onları ələ salır, həqarət edir. Nəticədə şəxsi heyət arasında bir-birinə qarşı nifrət yaranır, özünə qarşı edilən haqsızlığa, şikayətlərinin qulaqardına vurulmasına dözməyən əsgər, sonda silaha əl atmaq məcburiyyətində qalır. Bu sətirlərin müəllifi şəxsən sovetlər dönəmində bu kimi halların şahidi olub.

Qeyd edək ki, sovetlər dönəmində belə halların baş verməməsı üçün inşaat batalyonlarının əsgərlərinə xidməti dövründə cəmi 1-2 dəfə silah verirdilər. 1988-ci ildə bizimlə eyni şəhərcikdə yerləşən inşaat batalyonunun Morkul familyalı əsgəri ilk fürsətdəcə ona işgəncə verən kiçik komandir heyəti əsgərlər olmaqla səkkiz nəfəri başından güllələyərək öldürmüşdü. Əsgər yoldaşlarının demək olar ki, hamısı Morkulu haqlı sayırdı, çünki ona işgəncələr hamının gözü qarşısında verilirmişdi.

Bununla yanaşı, belə hadisələr Səfərbala Əbiyev müdafiə naziri, Rövşən Əkbərov isə korpus komandiri olan vaxtlarda da çox tez-tez baş verib. Belə hadisələri isə dərhal adını "silahla ehtiyatsız davranma" qoyub, sənədləsdirirdilər. Sonradan ölən əsgərin valideyinləri müəyyən edirdi ki, meyit üzərində ya işgəncə izləri var, ya da güllə kənardan atılıb. Hətta, bu adla sənədləşdirilən elə əsgər olub ki, "ehtiyatsızlıqdan başına iki güllə vurub". Ədalət naminə  qeyd etmək lazımdır ki, Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra belə hallara əsasən son qoyuldu. Qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayı kəskin şəkildə azaldı. İndi isə DSX şəxsi heyəti arasında qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayı artmaqdadır. Bir müddət əvvəl bir DSX əsgərinin dizə qədər dərinliyi olmayan çayda boğulması barədə mediada yazılar dərc edildi. Lakin sonradan həmin əsgərin valideyinləri müəmmalı şəkildə şikayətlərini geri götürdülər. Ölən əsgərin yaxın qohumlarından birinin dəfnində əsgərin qəsdən öldürüldüyünü qışqıraraq, canfəşanlıq etdiyinə görə həbs olunduğu işdən azad edilməsi barədə fakt ictimailəşdi. Bunun ardınca isə əsgər valideyinləri etiraf etdi ki, onlar səhv edib, oğulları doğrudan da dizə qədər dərinliyi olmayan çayda boğulub. Faktları ardıcıllıqla qoyanda proses hamıya gün kimi aydın olur.

İndi isə belə bir hadisənin baş verməsi onu deməyə əsas verir ki, DSX-da vəziyyət heç ürəkacan deyil. Öz komandir heyətini güllələyən çavuş çox gözəl bilir ki, o, bununla öz karyerasını bitirir, bundan sonra ən azı gənc yaşlarını dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Elə isə həmin əsgər bu addımı boşunamı atıb? Deməli, hadisəyə çox köklü bir səbəb var bu səbəb DSX-da nizam-intizamın aşağı səviyyədə olmasıdır. İşğaldan azad edilmiş ərazilərdəki sərhəd zastavaları isə gözdən uzaq, könüldən iraq, kim nəyi necə istəyir elə edir. Bu da nəticə - DSX faktiki olaraq 4 əməkdaşını itirdi.

Onu da qeyd edək ki, cəmi bir ay əvvəl - 30 noyabrda DSX- məxsus helikopterin qəzaya uğraması nəticəsində 14 yüksək rütbəli zabit-pilotlar həlak oldu. Onda da deyirdilər ki, hər şey nizamnaməyə protokola uyğun həyata keçirilib. Sən vurmadın, mən yıxılmadım, elə isə qəza nədən baş verdi?

Bütün baş verənlər onu deməyə əsas verir ki, DSX-da vəziyyət ürəkaçan deyil bu bizə hər addımda töhmət gətirir. Ona görə , hökumət DSX barədə ciddi düşünməli, islahatlar həyata keçirməlidir.

 Akif Nəsirli

0.015778064727783