Torpaq eroziyasına qarşı 
mübarizə aktual problemlərdəndir

Torpaq eroziyasına qarşı mübarizə aktual problemlərdəndir
 

Qoruyucu meşə zolaqlarının məhv edilməsi, Azərbaycanda eroziya problemini ciddiləşdirib

 Azərbaycanda kənd təsərrüfatına yararlı, münbit torpaq fondunun ildən- ilə müxtəlif formada sıradan çıxması prosesi sürətlənir. Bu bir tərəfdən ölkə ərazisində ətraf mühitin korlanmasına, ekosistemlər arasında tarazlığın pozulmasına, digər tərəfdən isə kənd təsərrüfatı məhsulları istehsalı üçün gərəkən münbit torpaq sahələrinin azalmasına gətirib çıxarır. Nəticədə həm ətraf mühitdə ekoloji problemlər dərinləşir, həm ölkədə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün əsas istehsal vasitəsi olan münbit torpaq sahələri satışlı kiçilir.

Bütün dünyada olduğu kimi, Azərbaycandada torpaqlar əsasən şöranlaşma, səhralaşma eroziya nəticəsində deqradasiyaya uğrayaraq sıradan çıxır. Şoranlaşma birbaşa antropogen amillərlə bağlı olsa da, eroziya əksər hallarda təbii hadisələr nəticəsində zaman-zaman baş verir. Bu yazıda biz əsasən eroziya haqqında söhbət açacağıq. Eroziya əsasən güclü küləklər, daşqınlar bəzi hallarda isə antropogen fəaliyyət nəticəsində yer səthinin humus - bitki bitən münbit üst qatının sıradan çıxmasına deyilir. Yer səthinin eroziyaya uğramaq təhlükəsində olan sahələr, əsasən güclü külək tutan düzənliklər sel təhlükəsi altında olan ərazilər hesab edilir.  Güclü eroziyaya məruz qalan sahələr hər hansı massiv fonunda kəskin seçilir. Məsələn, kəskin eroziyaya məruz qalan ərazilər çılpaq qayalıq, uçqun, yarğan, bərk süxurların yer üzünə çıxması s. kimi təzahür edir. Ona görə eroziyaya məruz qalan ərazilərdə qayalıqlarda, dağətəyi maili düzənliklərdə, xüsusilə cavan dağlıq ərazilərdə öz yataqlarını dərinləşdirərək əmələ gətirdiyi müxtəlif quruluşlu relyef formaları müşahidə edilir.

Yuxarıda təsvir edilən mənzərə iqtisadi çəkisinə görə ölkəmizin ən böyük iqtisadi rayonu olan Abşeronda daha çox müşahidə olunur. Rayonun böyük bir hissəsi güclü xəzri gilavar küləklərinin hakim olduğu Abşeron yarımadasında yerləşir. Əsrlərlə Xəzər sahillərini döyən küləklər rayon ərazisinin böyük bir hissəsində yerin münbit üst qatını sovuraraq ərazini səhraya yarımsəhraya çevirib. Elə bu səbəbdən yarmadada yer səthi eroziyaya məruz qalaraq çılpaqlaşıb. Yalnız yarımadanın qobulaşaraq küləkdən qoruna bilən ərazilərində əhali kənd təsərrüfatı ilə məşğul ola bilir.

Təsadüfi deyil ki, çar II Aleksandır Abşerona səfəri zamanı bu məkan barədə deyib ki, susuz çılpaq günəş altında yanan səhra sürgün "katorqa" üçün ən münbit yerdi. Bundan sonra çar Rusiyasında hakimiyyətin qəzəbinə tuş gələn rusları, həmdə Abşeron yarımadasına sürgün edirdilər.

Yalnız Nobel qardaşlarının Abşerona, həmin dövrdə o qədər məşhur olmayan Bakıya ayaq açmasından sonra, bu ərazilərdə torpaq eroziyasına qarşı mübarizəyə başlanılıb. Ekologiya elminin nəzəri əsaslarına görə, eroziya geridönməz - aradan qaldırılması mümkün olmayan bir prosesdir. Prosesi yalnız dayandırmaq, müxtəlif vasitələrlə onun inkişafına mane olmaq mümkündür. Lakin biz Abşeron yarımadasında iki əsr ərzində bir çox ərazilərin münbitləsdirilməsinin şahidi olmuşuq. İki yüz il əvvəl bir dənə olsun ağaca rast gəlinməyən Abşeron yarımadasında min hektarlarla parklar, xiyabanlar yaşıllıqlar salınıb. Buna Bakıya milyonlarla ton münbit torpaq kütləsinin daşınması nəticəsində nail olunub. Əslində, bu çox bahalı bir üsul olduğundan bundan dünyanın heç bir yerində eroziyaya qarşı mübarizədə kimi istifadə edilmir. Həmin vaxt isə Abşeronda "qara qızıl" hasil edilirdi ki, bu, Bakıya milyardlar qazandırırdı. Ona görə , Bakı milyonçuları şəhərin abadlaşdırılmasına öz səxavətlərini əsirgəmirdilər.

Eroziyalar zamanı ekoloji mühitə dəyən zərərdən danışarkən torpaq eroziyası hesabına aqroekoloji mühitə, nəqliyyat sisteminə yollara, hidroqurğulara (su anbarlarına, sutoplayan kanal kollektordrenaj şəbəkəsinə), balıqçılıq təsərrüfatına başqa ekoloji mühitə dəyən zərərləri nəzərə almaq lazımdır. Azərbaycanda hazırkı dövrdə eroziyadan daha çox kənd təsərrüfatı yollar zərər çəkir. Belə ki, son illər düzənlik ərazilərdə yerləşən əkinəyararlı torpaqların qoruyucu meşə zolaqları müxtəlif məqsədlərlə qırılaraq sıradan çıxarıldığından torpaqlar güclü külək eroziyasına məruz qalır. Fermerlər arasında maarifləndirmə işinin zəif aparılması səbəbindən, onlar öz torpaq sahələrinin kənarındakı meşə zolağının əhəmiyyətini anlamırlar. Ona görə fermerlər ancaq meşə zolaqlarını qırmaqla əkin sahələrini genişləndirmək barədə düşünürlər. Bunu reallasdırdıqda isə fermer 2-3 hektar meşəni qırmaqla, yüzlərlə hektar əkinəyararlı torpaq sahəsini külək eroziyasının təhdidləri altında qoyur. Nəticədə bu torpaqlar ildən-ilə məhsuldarlığı itirir müəyyən mərhələdə səhraya çevrilir.

Eroziyaya qarşı ən ümdə aqrotexniki tədbir yerin bitki örtüyünün zənginləşdirilməsi əkinə yararlı torpaqlarda qoruyucu meşə zolaqlarının salınmasına nail olmaqdır. Yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq edilən torpaqqoruyucu tədbirlər sistemi həyata keçirilməlidir. Belə ki, yamac ərazilər laydırsız kotanla, torpaq layını çevirmədən şumlanmalıdır. Sərt yamaclar zolaqlarla şumlanmalı ya pilləli şum icra edilməlidir. Sonrakı mərhələlərdə isə torpaqdərinləşdiricilərlə şumlama, dondurma şumu herikdə şırımaçma, dərindən yumşaltma, yalaqaçma, şumda çoxillik ot əkinində yarıqaçma, oyuqaçma, torpaqqoruyucu növbəli əkin sistemii terrasların çəkilməsi üsullarından uyğun gələnləri tətbiq edilməlidir.

Eroziyalar zamanı ona qarşı bioloji mübarizə aparmaq üçün eroziyaya məruz qalan torpaqlarda eroziya prosesini zəiflətmək onun qarşısını almaq məqsədilə çoxillik ot bitkiləri əkilməli, meşəsalma müvafiq kənd təsərrüfatı bitkilərinin yerləşdirilməsi üsulundan istifadə edilməlidir. Eroziyaya məruz qalan ərazilərdə qədər zəngin bitki örtüyü olarsa, problem bir o qədər tez aradan qalxar.

Eroziyaya qarşı mübarizədə suvarma üsullarının seçilməsi çox önəmlidir. Eroziyaya məruz qalmış ərazilərdə irriqasiya (suvarma) texnikası, su sərfi, suvarılan şırımın ya zolağın uzunluğu, suvarmanın müddəti elə seçilməlidir ki, suvarma zamanı eroziya prosesi (torpağın yuyulması) minimuma ensin ya qarşısı tam  alınsın. Bu səbəbdən eroziyaya qarşı suvarma texnikası hazırlanarkən səthin meyilliyi, torpağın tipi, onun mexaniki tərkibi suhopdurma qabiliyyəti nəzərə alınmalıdır.

Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.027127027511597