"Azəriqaz” "Alov qüllələri”nin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb

 

 

 

“Azəriqaz” İstehsalat Birliyi Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı açıqlama verib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, “Alov qüllələri”nin yaxınlığında məşələ nəzarət edən hotel əməkdaşları tərəfindən iş aparılıb:

“Ehtiyatsızlıq səbəbindən sızma baş verib, nəticədə də bu sızma partlayışa gətirib çıxarıb. İki nəfər işçi xəsarət alıb”.

O qeyd edib ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur:

“Məşələ qədər olan hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olar hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib”.

Paralel.az

0.037296056747437