Siracəddin Hacı yazır…

Siracəddin Hacı yazır…
 

 

Paşinyanın mesajlarını necə oxuyaq?

III YAZI

3) İranın mövqeyi

- İran savaşdan öncə, savaş dönəmində və savaşdan sonra Azərbaycana münasibətdə ciddi yanlış addımlar atdı;

- Azərbaycan xalqının, hakimiyyətin sərt etirazı ilə üzləşdi, Azərbaycandakı imkanlarına öz əli ilə ağır zərbə vurdu; 

- Güney Qafqaz məsələsində Rusiya, Türkiyə, Ermənistanla mənafe və fikir ayrılıqları ortaya çıxdı;

- nəticədə, İran bu gün Güney Qafqazla bağlı məsələlərdə ciddi iştirak edə bilmir;

- Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atsa da, bu, ciddi nəticə vermir;

- İran 3+3 formatında iştirak edir, bu format işlək deyil, məsələlərə təsir imkanı yoxdur. Bu format: a) Rusiyaya Güney Qafqazın ağası mənəm demək üçün; b) Türkiyəyə Güney Qafqazda mən də varam demək üçün; c) İrana məni proseslərdən kənarda qoya bilməzsiniz demək üçün; d) Ermənistana mən Avropaya inteqrasiya yolunu seçmişəm, ancaq Rusiya ilə də işbirliyim olacaq mesajını vermək üçün; e) Azərbaycana mən Rusiyanın təsir məkanında qalacağam, ancaq Türkiyənin də Güney Qafqazda iştirak etməsini istəyirəm demək üçün lazımdır;

- İran Ermənistanın Avropa yolunu seçməsini mənafeyinə uyğun saymır, belə ki, Avropa, ABŞ, NATO-nun qulağının dibində olmasını istəmir;

- Türkiyənin Güney Qafqazda mövqeyinin güclənməsi İranı narahat edir;

- Zəngəzur yolunun açılmasının Azərbaycanın, özəlliklə Naxçıvanın İrandan asılılığını azaldacağını düşünür;

- İran Ermənistanda imkanlarını artırmaq üçün Qafanda konsulluq açmaq qərarı verdi, mərkəz olaraq Zəngəzur yoluna çox yaxın bir bölgənin seçilməsi təsadüfi deyil, İran bu addımı ilə deyir ki, Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya arasındakı münasibətlərin nizamlanmasında mən də iştirak edəcəyəm;

4) Türkiyənin mövqeyi  

- savaş dönəmində Azərbaycana güclü dəstək verən Türkiyə Qarabağdakı gerçəkliyin Azərbaycanın xeyrinə dəyişdirilməsindən sonra Ermənistana münasibətdə yeni siyasət müəyyən etdi;

- barış dili seçdi – Ermənistanı barışa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, bütün məsələləri danışıq yolu ilə həll etməyə çağırdı, təşviq etdi;

- Türkiyə Ermənistanla əlaqə qurmaq istəyir, bu yolla Güney Qafqazda mövqelərini gücləndirməyə çalışır, eləcə də Avropa və ABŞ-la münasibətlərini nizamlamaq üçün fürsət əldə edir, onlara deyir ki, Güney Qafqaz siyasətinizin uğur qazanmasını istəyirsinizsə, Türkiyənin mövqeyini gücləndirməlisiniz;

- Türkiyə Ermənistana deyir ki, biz danışıqlara hazırıq;

- Türkiyə Ermənistanla münasibətlərin tənzimlənməsi üçün yol xəritəsini hazırlayacaq elçisini təyin etdi;

- Rusiya deyir ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin tənzimlənməsində vasitəçi ola bilərəm;

- Türkiyə deyir ki, biz heç bir vasitəçi olmadan Ermənistanla danışığa hazırıq;

- Ermənistan tərəfinin təklifi ilə ikitərəfli görüşün ilk iclası Moskvada keçiriləcək;

- Türkiyə bəyan edir ki, Güney Qafqazda savaş dönəmi bitmiş, barışın yolu açılmışdır;

- Türkiyə Zəngəzur koridorunun açılmasını istəyir;

- Türkiyə Azərbaycan ordusunun gücləndirilməsində fəal iştirak edir;

- Türkiyə İstanbul-İrəvan hava yolunun açılmasına izin verdi;

- Azərbaycanda, Gürcüstanda önəmli imkanlar qazanmış Türkiyə Ermənistanla münasibətlərini nizamlaya bilsə, Güney Qafqazda ciddi biçimdə güclənəcək. Bu da Azərbaycanın imkanlarını artıracaq;

5) Gürcüstanın mövqeyi

- Gürcüstan Rusiyanın Güney Qafqazda təsir imkanlarının azalmasını istəyir, bunu müstəqil və suveren inkişafına təminat sayır, itirilmiş ərazilərini Rusiyanın mövqeyinin zəifləməsi hesabına geri qaytara biləcəyini düşünür;

- Gürcüstan Azərbaycanla Erməistan arasındakı birbaşa danışıqları dəstəkləyir, bu addımın Rusiyanın mövqeyini zəiflədəcəyini bilir;

- vasitəçilik təklif edir;

- Türkiyənin Güney Qafqaza yerləşməsinin önəmini qavrayır;

- ABŞ, Avropa və NATO-nun Güney Qafqazda fəallaşmasını alqışlayır;

- Gürcüstan Ermənistanın Rusiyanın təsir məkanından çıxmaq cəhdlərini dəstəkləyir;

6) ABŞ və Avropanın mövqeyi

- hər vasitə ilə Azərbaycanla Ermənistanı birbaşa danışıqlara təşviq edirlər; 
- yeni savaşa qarşıdırlar;  
- savaşın Rusiyanın mövqeyini gücləndirəcəyini bilirlər;

- bütün məsələlərin barış yolu ilə həll olunmasını israrla vurğulayırlar;

- vasitəçilik təklif edirlər;

- siyasi və maddi dəstək vəd edirlər;

- Türkiyənin Ermənistanla müasibətini normallaşdırmaq siyasətinə güclü dəstək verirlər;

- ABŞ-ın Xarici İşlər naziri deyir ki, bu doğru və cəsur addımdır;

- İşin gedişi ABŞ və Avropanı bu nəticəyə gətirir ki, Güney Qafqazda mövqeləri gücləndirməyin yolu Türkiyəyə ciddi dəstək verməkdir;

- Azərbaycanla Ermənistan arasındakı sərhəddin danışıqlar yolu ilə müəyyən olunmasını istəyirlər;

- mərhələli hərəkət edirlər, hələlik Qarabağın statusu ilə bağlı məsələdə Azərbaycana açıq təzyiq göstərmirlər, anlayırlar ki, bu gün Qarabağa status tələb etmək Rusiyanın mövqeyini gücləndirir, Azərbaycan xalqında onlara qarşı ciddi etimadsızlıq yaranmasına səbəb olur, Azərbaycan hakimiyyətinin Rusiyaya daha sıx bağlanmasına yol açır, elə buna görə də öncə Güney Qafqaza yerləşək, sonra o biri məsələləri yoluna qoyaraq ölçüsü ilə hərəkət edirlər;

Ardı var…

 Paralel.az

0.012897968292236