Doğuş zamanı ana ölümü baş verib

Doğuş zamanı ana ölümü baş verib
 

Paralel.az xəbər verir ki, Siyəzən rayonunda doğuş zamanı ana ölümü baş verib.

Tibb müəssisəsinin rəhbəri bildirib ki, bu, Şəbnəm Zeynalovanın 5-ci hamiləliyi olub, onun iki övladı yaşayır. Onun sözlərinə görə, 12 ildən sonra yenidən hamilə qalan qadın doğuş öncəsi palataya yerləşdirilib: “Həkim nəzarəti altında təbii doğuş prosesi gözləyən zaman xəstənin vəziyyəti qəfildən pisləşib. Aparılan lazımi reanimasiyon tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Ana dünyasını dəyişib, bətnindəki körpə tələf olub”.
Akif Nəsirli

0.049841165542603