Saakaşvili həbsxanaya köçürüldü

Saakaşvili həbsxanaya köçürüldü
 

Xüsusi Penitensiar Xidmət eks prezident Mixail Saakaşvilinin köçürülməsi ilə bağlı məlumat yayıb.

Paralel.az xəbər verir ki, Xidmət Saakaşvilinin qanun çərçivəsində köçürüldüyünü qeyd edib.

Penitensiar Xidmətin açıqlamasında deyilir: Yüksək ictimai marağa görə qeyd etmək istəyirik ki, dekabrın 30-da məhkum/təqsirləndirilən şəxs Mixail Saakaşvili, Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına Qori Hərbi Hospitalından qanuna tam riayət olunmaqla Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb”.

Xatırladaq ki, gecə saatlarında eks prezident Mixeil Saakaşvili, Qori Hərbi Hospitalından Rustavi həbsxanasına köçürülüb.
Akif Nəsirli

0.015940189361572