Qubad İbadoğlu yazır...

Qubad İbadoğlu yazır...
 

 

 

Prezident İlham Əliyevin təsdiq etdiyi pensiya qanunvericiliyindəki dəyişikliklə minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240 manata çatdırılacaq.  Təəssüf ki,  bir çox mətbu orqanlar bu barədə informasiyanı əmək pensiyaları 20 faiz artacaq kimi təqdim edir və pensiyaçıları çaşdırırlar. Kaş elə olaydı, mən də pensiyaçılar  qədər sevinərdim.  

Amma belə deyil. Məlumat üçün qeyd edim ki,  artan bütün pensiyalar deyil minimum pensiyalardır. Minimum pensiyanın artırılması bütövlükdə 65 min pensiyaçını əhatə edəcək.

Onlardan 44 mini mövcud pensiyaçılar, 21 mini isə allah eləməmiş ölməyib sağ qalsalar  2022-ci il ərzində yeni pensiya çıxanlardır. 

2022-ci il ərzində pensiyaya çıxacaq şəxslərə  təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün  1 milyon 200 minlik pensiyaçılar ordusuna illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq, bu vəsait də heç bir körpünün tikilməsinə ayrılan 10 faizi qədər də deyil.

Bu məlumatı pensiya artımını gözləyənlərin nəzərə almasını xahiş edirəm.  Bu  və maaşların artımı, 2021-ci ilin yekunları və gələn ildən gözləntilər barədə daha detallı dekabrın 31-də saat 22-də BİZ TV-də çıxışım olacaq. Sizi həmin verilişi də izləməyə  və bu postu paylaşmağa dəvət edirəm.

Paralel.az

0.015347003936768